Məhkəmə qərarları › İş №e-2(072)-154/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-154/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-154/2025 07.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”yə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə 5 (beş) il müddətinə, 500 (beş yüz) AZN məbləğində kredit kart limiti ayrılmış, eləcə də Cavabdeh ona ayrılmış kredit limitini aşma (limitdən artıq istifadə) hüququna malikdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ona ayrılmış 500 (beş yüz) AZN məbləğində kredit kart limitini aşmışdır, yəni müəyyən edilmiş limitdən artıq istifadə etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 13 yanvar 2025-ci il tarixə banka 549.63 (beş yüz qırx doqquz, altmış üç) AZN məbləğində əsas kredit borcu, 44.76 (qırx dörd, yetmiş altı) AZN məbləğində faiz borcu, 66.99 (altmış altı, doxsan doqquz) AZN məbləğində cərimə borcu, 4 (dörd) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu və ümumilikdə 665.38 (altı yüz altmış beş, otuz səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 549.63 (beş yüz qırx doqquz, altmış üç) AZN məbləğində əsas kredit borcunun, 44.76 (qırx dörd, yetmiş altı) AZN məbləğində faiz borcunun, 66.99 (altmış altı, doxsan doqquz) AZN məbləğində cərimə borcunun, 4 (dörd) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, ümumilikdə 665.38 (altı yüz altmış beş, otuz səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “X1 Azərbaycan” QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh məhkəməyə teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 500 (beş yüz) AZN məbləğində kredit kart limiti ayrılmışdır. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.15.1-ci bəndinə əsasən nağd pul vəsaitinin alınması/çıxarılması faizi: Kart hesabından nağd vəsait alındığı/çıxarıldığı (nağd vəsait əldə edildiyi) və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi gündən etibarən pul balansın (borcun) tam ödənildiyi günə qədər bu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınması/çıxarılması faizi illik 22 % (Platinum kart üçün illik 21 %) təşkil edir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.15.2-ci bəndinə əsasən limiti aşma (limitdən artıq istifadə) faizi: Kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan (limitdən artıq istifadə edilən) məbləğə limit aşma faizi hesablanmağa başlayır və cəmi borc balansı (borc) təyin edilən (müəyyən edilən) limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma faizi illik 30 % təşkil edir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.14 və 4.20-ci bəndlərinə əsasən Cavabdeh faiz, cərimə borcunun, komissiya haqqının, məhkəmə və digər xərclərin ödənilməsi barədə bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.27-ci bəndinə əsasən bu müqaviləyə əsasən “bank” 5 (beş) il müddətinə 500 (beş yüz) AZN məbləğində “kart/əlavə kart sahibinə” kredit kartı limitini (kredit xətti) açır. “Kart/əlavə kart sahibi” isə həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komissiyaları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinə əsasən bank tərəfindən Cavabdeh ödəniş kartına 500 (beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən 500 (beş yüz) AZN məbləğində kredit kart limiti aşılmaqla, (limitdən artıq istifadə) kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 13 yanvar 2025-ci il tarixə banka 549.63 (beş yüz qırx doqquz, altmış üç) AZN məbləğində əsas kredit borcu, 44.76 (qırx dörd, yetmiş altı) AZN məbləğində faiz borcu, 66.99 (altmış altı, doxsan doqquz) AZN məbləğində cərimə borcu, 4 (dörd) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu və ümumilikdə 665.38 (altı yüz altmış beş, otuz səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 362745 saylı, 09 oktyabr 2024-cü il tarixli “SMS bildiriş”in surətindən görünür ki, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********57 saylı, 27 noyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 549.63 (beş yüz qırx doqquz, altmış üç) AZN məbləğində əsas kredit borcu, 44.76 (qırx dörd, yetmiş altı) AZN məbləğində faiz borcu, 66.99 (altmış altı, doxsan doqquz) AZN məbləğində cərimə borcu, 4 (dörd) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, ümumilikdə 665.38 (altı yüz altmış beş, otuz səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 549.63 (beş yüz qırx doqquz, altmış üç) AZN məbləğində əsas kredit borcu, 44.76 (qırx dörd, yetmiş altı) AZN məbləğində faiz borcu, 66.99 (altmış altı, doxsan doqquz) AZN məbləğində cərimə borcu, 4 (dörd) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, ümumilikdə 665.38 (altı yüz altmış beş, otuz səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar