Məhkəmə qərarları › İş №e-2(072)-175/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-175/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-175/2025 16.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 360nkXRD/23 saylı, 09 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə 5082 (beş min səksən iki) AZN məbləğində kredit verilmiş, həmçinin ona bank hesabı (cari, kredit) açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 20 sentyabr 2024-cü il tarixə banka 4852.50 (dörd min səkkiz yüz əlli iki, əlli) AZN məbləğində əsas kredit borcu, 678.09 (altı yüz yetmiş səkkiz, sıfır doqquz) AZN məbləğində faiz borcu, 40.09 (qırx, sıfır doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 5570.68 (beş min beş yüz yetmiş, altmış səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 4852.50 (dörd min səkkiz yüz əlli iki, əlli) AZN məbləğində əsas kredit borcunun, 678.09 (altı yüz yetmiş səkkiz, sıfır doqquz) AZN məbləğində faiz borcunun, 40.09 (qırx, sıfır doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 5570.68 (beş min beş yüz yetmiş, altmış səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 75.71 (yetmiş beş, yetmiş bir) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" Kommersiya Bankı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 360nkXRD/23 saylı, 09 avqust 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 60 (altmış) ay müddətinə, illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 5082 (beş min səksən iki) AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş və ona bank hesabı (cari, kredit) açmışdır. İş materillarında olan 360nkXRD/23 saylı, 09 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 5082 (beş min səksən iki) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 360nkXRD/23 saylı, 09 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 5082 (beş min səksən iki) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1225108 saylı, 20 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 20 sentyabr 2024-cü il tarixə banka 4852.50 (dörd min səkkiz yüz əlli iki, əlli) AZN məbləğində əsas kredit borcu, 678.09 (altı yüz yetmiş səkkiz, sıfır doqquz) AZN məbləğində faiz borcu, 40.09 (qırx, sıfır doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 5570.68 (beş min beş yüz yetmiş, altmış səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD saylı, 23 may 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 20 sentyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 75.71 (yetmiş beş, yetmiş bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 4852.50 (dörd min səkkiz yüz əlli iki, əlli) AZN məbləğində əsas kredit borcu, 678.09 (altı yüz yetmiş səkkiz, sıfır doqquz) AZN məbləğində faiz borcu, 40.09 (qırx, sıfır doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 5570.68 (beş min beş yüz yetmiş, altmış səkkiz) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 75.71 (yetmiş beş, yetmiş bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4852.50 (dörd min səkkiz yüz əlli iki, əlli) AZN məbləğində əsas kredit borcu, 678.09 (altı yüz yetmiş səkkiz, sıfır doqquz) AZN məbləğində faiz borcu, 40.09 (qırx, sıfır doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 5570.68 (beş min beş yüz yetmiş, altmış səkkiz) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 75.71 (yetmiş beş, yetmiş bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar