Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-188/2025 07.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********002 saylı, 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik 60.85 (altmış, səksən beş) % dərəcəsi tətbiq edilməklə, 1 (bir) ay müddətinə 750 (yeddi yüz əlli) AZN məbləğində kredit verilmişdir. Cavabdeh isə ona verilmiş mikro kredit məbləğilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd olunan pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 04 noyabr 2024-cü il tarixə cəmiyyətə 750 (yeddi yüz əlli) AZN məbləğində əsas kredit borcu, 37.50 (otuz yeddi, əlli) AZN məbləğində faiz borcu, 453.75 (dörd yüz əlli üç, yetmiş beş) AZN məbləğində cərimə borcu, 105.41 (yüz beş, qırx bir) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 1346.66 (min üç yüz qırx altı, altmış altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 750 (yeddi yüz əlli) AZN məbləğində əsas kredit borcunun, 37.50 (otuz yeddi, əlli) AZN məbləğində faiz borcunun, 453.75 (dörd yüz əlli üç, yetmiş beş) AZN məbləğində cərimə borcunun, 105.41 (yüz beş, qırx bir) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, ümumilikdə 1346.66 (min üç yüz qırx altı, altmış altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 33.50 (otuz üç, əlli) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********002 saylı, 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 60.85 (altmış, səksən beş) % dərəcəsi tətbiq edilməklə, 1 (bir) ay müddətinə 750 (yeddi yüz əlli) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 50b4d86f529c16c52948 saylı, 31 oktyabr 2023-cü il tarixli “ödəniş tapşırığı”nın surətindən görünür ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********002 saylı, 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh bank hesabına 750 (yeddi yüz əlli) AZN məbləği həddində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********002 saylı, 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.14-cü bəndinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT “borcalan”dan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85 (sıfır, səksən beş) % həcmində faiz tələb etmək hüququna malikdir. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 04 noyabr 2024-cü il tarixə cəmiyyətə 750 (yeddi yüz əlli) AZN məbləğində əsas kredit borcu, 37.50 (otuz yeddi, əlli) AZN məbləğində faiz borcu, 453.75 (dörd yüz əlli üç, yetmiş beş) AZN məbləğində cərimə borcu, 105.41 (yüz beş, qırx bir) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 1346.66 (min üç yüz qırx altı, altmış altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********19 saylı, 10 yanvar 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən iddia qaldırılması üçün 33.50 (otuz üç, əlli) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş iddia tələbinin “453.75 (dörd yüz əlli üç, yetmiş beş) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-yə olan öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “453.75 (dörd yüz əlli üç, yetmiş beş) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) AZN məbləğində əsas kredit borcu, 37.50 (otuz yeddi, əlli) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, 105.41 (yüz beş, qırx bir) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 942.91 (doqquz yüz qırx iki, doxsan bir) AZN məbləğində kredit borcu və 23.45 (iyirmi üç, qırx beş) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) AZN məbləğində əsas kredit borcu, 37.50 (otuz yeddi, əlli) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, 105.41 (yüz beş, qırx bir) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 942.91 (doqquz yüz qırx iki, doxsan bir) AZN məbləğində kredit borcu və 23.45 (iyirmi üç, qırx beş) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-188/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-188/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver