Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-222/2024 25.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Xırdalan” filialı ilə “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu ilə arasında bağlanmış BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən “borcalan”a illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmiş və bank tərəfindən “borcalan”a illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu 12 mart 2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 26 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilən məlumata əsasən “borcalan” Qurbanov Əlpənah Fehruz oğlunun miras əmlakına dair Cəbrayıl rayonu, Mahmudlu kəndində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, Cavabdeh borclu Qurbanov Əlpənah Fehruz oğlunun hüquq varisidir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 23 fevral 2024-cü il tarixə banka BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2210.01 (iki min iki yüz on, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 0.02 (sıfır, sıfır iki) AZN məbləğində faiz borcu, ümumilikdə 2210.03 (iki min iki yüz on, sıfır üç) AZN məbləğində kredit borcu, BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 102 (yüz iki) AZN məbləğində əsas kredit borcu, 1.60 (bir, altmış) AZN məbləğində faiz borcu, ümumilikdə 103.60 (yüz üç, altmış) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2210.01 (iki min iki yüz on, sıfır bir) AZN məbləğində əsas kredit borcunun, 0.02 (sıfır, sıfır iki) AZN məbləğində faiz borcunun, ümumilikdə 2210.03 (iki min iki yüz on, sıfır üç) AZN məbləğində kredit borcunun, BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 102 (yüz iki) AZN məbləğində əsas kredit borcunun, 1.60 (bir, altmış) AZN məbləğində faiz borcunun, ümumilikdə 103.60 (yüz üç, altmış) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 43.54 (qırx üç, əlli dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Xırdalan” filialı ilə “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu arasında bağlanmış BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən “borcalan” Qurbanov Əlpənah Fehruz oğluna illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmiş və bank tərəfindən “borcalan” Qurbanov Əlpənah Fehruz oğluna illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit xətti açılmışdır. İş materillarında olan BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu 3000 (üç min) AZN məbləğində kredit borcunu illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İİ 177772 №-li, 05 aprel 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov Əlpənah Fehruz oğlu 12 mart 2021-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 05 aprel 2021-ci il tarixdə 605 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 26 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş X-344 saylı, 14 noyabr 2023-cü il tarixli məlumatın surətindən görünür ki, “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu 12 mart 2021-ci ildə ölmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 26 saylı Notariat Ofisində 2V-199/2021 saylı vərəsəlik işi açılmış, “miras qoyan” Qurbanov Əlpənah Fehruz oğlunun miras əmlakına dair uşağı Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, “borcalan” Qurbanov Əlpənah Fehruz oğlunun kredit müqaviləsinə əsasən 23 fevral 2024-cü il tarixə banka BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2210.01 (iki min iki yüz on, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 0.02 (sıfır, sıfır iki) AZN məbləğində faiz borcu, ümumilikdə 2210.03 (iki min iki yüz on, sıfır üç) AZN məbləğində kredit borcu, BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 102 (yüz iki) AZN məbləğində əsas kredit borcu, 1.60 (bir, altmış) AZN məbləğində faiz borcu, ümumilikdə 103.60 (yüz üç, altmış) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-xx/xx/2023 saylı, 18 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 23 fevral 2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 43.54 (qırx üç, əlli dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Xırdalan” filialı ilə “borcalan” Qurbanov Əlpənah Fehruz oğlu arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh (“miras qoyan” Qurbanov Əlpənah Fehruz oğlunun miras əmlakından miras payı həcmində) BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2210.01 (iki min iki yüz on, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 0.02 (sıfır, sıfır iki) AZN məbləğində faiz borcu, ümumilikdə 2210.03 (iki min iki yüz on, sıfır üç) AZN məbləğində kredit borcu, BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 102 (yüz iki) AZN məbləğində əsas kredit borcu, 1.60 (bir, altmış) AZN məbləğində faiz borcu, ümumilikdə 103.60 (yüz üç, altmış) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 43.54 (qırx üç, əlli dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (“miras qoyan” Qurbanov Əlpənah Fehruz oğlunun miras əmlakından miras payı həcmində) BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2210.01 (iki min iki yüz on, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 0.02 (sıfır, sıfır iki) AZN məbləğində faiz borcu, ümumilikdə 2210.03 (iki min iki yüz on, sıfır üç) AZN məbləğində kredit borcu, BPM**********96 saylı, 24 dekabr 2020ci il tarixli kredit xətti müqaviləsinə əsasən 102 (yüz iki) AZN məbləğində əsas kredit borcu, 1.60 (bir, altmış) AZN məbləğində faiz borcu, ümumilikdə 103.60 (yüz üç, altmış) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 43.54 (qırx üç, əlli dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-222/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-222/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver