Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-257/2025 29.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə illik 19.01 (on doqquz, sıfır bir) % dərəcəsi (aylıq 1.5833 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 39000 (otuz doqquz min) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqavilələrinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqavilələrinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 20 dekabr 2024-cü il tarixə banka 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 31886.33 (otuz bir min səkkiz yüz səksən altı, otuz üç) AZN məbləğində əsas kredit borcu, 2730.85 (iki min yeddi yüz otuz, səksən beş) AZN məbləğində faiz borcu, 954.43 (doqquz yüz əlli dörd, qırx üç) AZN məbləğində cərimə borcu, ümumilikdə 35571.61 (otuz beş min beş yüz yetmiş bir, altmış bir) AZN məbləğində kredit borcu və 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən 289.62 (iki yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas kredit borcu, 86.10 (səksən altı, on) AZN məbləğində faiz borcu, ümumilikdə 375.72 (üç yüz yetmişbeş, yetmiş iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 31886.33 (otuz bir min səkkiz yüz səksən altı, otuz üç) AZN məbləğində əsas kredit borcunun, 2730.85 (iki min yeddi yüz otuz, səksən beş) AZN məbləğində faiz borcunun, 954.43 (doqquz yüz əlli dörd, qırx üç) AZN məbləğində cərimə borcunun, 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən 289.62 (iki yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas kredit borcun, 86.10 (səksən altı, on) AZN məbləğində faiz borcunun, ümumilikdə 35947.33 (otuz beş min doqquz yüz qırx yeddi, otuz üç) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 197.84 (yüz doxsan yeddi, səksən dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə bağlanmış 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə ona illik 19.01 (on doqquz, sıfır bir) % dərəcəsi (aylıq 1.5833 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 39000 (otuz doqquz min) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə bağlanmış 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən ona 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit limiti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, hal-hazırda 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulu borcunun məbləği yüksək olduğu üçün iddia tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, İddiaçı QSC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 19.01 (on doqquz, sıfır bir) % dərəcəsi (aylıq 1.5833 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 39000 (otuz doqquz min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 39000 (otuz doqquz min) AZN məbləğində kredit borcunu illik 19.01 (on doqquz, sıfır bir) % dərəcəsi (aylıq 1.5833 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli ərizənin (anketin) surətindən görünür ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 (bir) ədəd plastik kart təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 39000 (otuz doqquz min) AZN məbləğində (kredit) pul vəsaiti, bundan başqa, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 300 (üç yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən hər iki kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan OUT-2024/12/20-33 saylı, 20 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 20 dekabr 2024-cü il tarixə banka 31886.33 (otuz bir min səkkiz yüz səksən altı, otuz üç) AZN məbləğində əsas kredit borcu, 2730.85 (iki min yeddi yüz otuz, səksən beş) AZN məbləğində faiz borcu, 954.43 (doqquz yüz əlli dörd, qırx üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 35571.61 (otuz beş min beş yüz yetmiş bir, altmış bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan OUT-2024/12/20-40 saylı, 20 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən 20 dekabr 2024-cü il tarixə banka 289.62 (iki yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas kredit borcu, 86.10 (səksən altı, on) AZN məbləğində faiz borcu və ümumilikdə 375.72 (üç yüz yetmişbeş, yetmiş iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 07 yanvar 2025-ci il tarixli "xxxx" MMC-nin məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin Cavabdeh ərazidə tanıyan olmadığı üçün Cavabdeh məktubun çatdırılması mümkün olmamışdır...). İş materiallarında olan ********** saylı, 27 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 199.42 (yüz doxsan doqquz, qırx iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş iddia tələbinin “055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 954.43 (doqquz yüz əlli dörd, qırx üç) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 954.43 (doqquz yüz əlli dörd, qırx üç) AZN məbləğində cərimə borcu 300 (üç yüz) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 31886.33 (otuz bir min səkkiz yüz səksən altı, otuz üç) AZN məbləğində əsas kredit borcu, 2730.85 (iki min yeddi yüz otuz, səksən beş) AZN məbləğində faiz borcu, 300 (üç yüz) AZN məbləğində cərimə borcu, 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən 289.62 (iki yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas kredit borcu, 86.10 (səksən altı, on) AZN məbləğində faiz borcu, ümumilikdə 35292.90 (otuz beş min iki yüz doxsan iki, doxsan) AZN məbləğində kredit borcu və 194.21 (yüz doxsan dörd iyirmi bir) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 055A********** saylı, 23 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 31886.33 (otuz bir min səkkiz yüz səksən altı, otuz üç) AZN məbləğində əsas kredit borcu, 2730.85 (iki min yeddi yüz otuz, səksən beş) AZN məbləğində faiz borcu, 300 (üç yüz) AZN məbləğində cərimə borcu, 055KK**********01 saylı, 23 iyun 2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən 289.62 (iki yüz səksən doqquz, altmış iki) AZN məbləğində əsas kredit borcu, 86.10 (səksən altı, on) AZN məbləğində faiz borcu, 35292.90 (otuz beş min iki yüz doxsan iki, doxsan) AZN məbləğində kredit borcu və 194.21 (yüz doxsan dörd iyirmi bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-257/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-257/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver