Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-301/2024 17.05.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X3 arasında bağlanmış BPM**********32 saylı, 17 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən “borcalan” X3 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin “borcalan” X3 26 sentyabr 2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilən məlumata əsasən “borcalan” X1 miras əmlakına dair Cəbrayıl rayonu, Dağtumas kəndində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, Cavabdeh borclu X1 hüquq varisidir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 07 mart 2024-cü il tarixə banka 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində əsas kredit borcu, 239.60 (iki yüz otuz doqquz, altmış) AZN məbləğində faiz borcu və ümumilikdə 1460.17 (min dörd yüz altmış, on yeddi) AZN məbləğində kredit borcu mövcuddur. mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində əsas kredit borcunun, 239.60 (iki yüz otuz doqquz, altmış) AZN məbləğində faiz borcunun, ümumilikdə 1460.17 (min dörd yüz altmış, on yeddi) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 35.41 (otuz beş, qırx bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X3 arasında bağlanmış BPM**********32 saylı, 17 fevral 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən X2 tam kartın qüvvədə olduğu müddətcə istifadə imkanı təqdim edilməklə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli “bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”nın surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X3 arasında bağlanmış BPM**********32 saylı, 17 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən X1 ******************** saylı kart hesab nömrəsinə 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İİ 204243 №-li, 28 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 sentyabr 2021-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 28 sentyabr 2021-ci il tarixdə 1973 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 226 saylı, 20 yanvar 2024-cü il tarixli məlumatın surətindən görünür ki, “borcalan” X3 26 sentyabr 2021-ci ildə ölmüş, Sumqayıt Şəhəri 4 saylı Notariat Ofisində V-120/2021 saylı vərəsəlik işi açılmış, “miras qoyan” X1 miras əmlakına dair arvadı Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İş materiallarında olan 24/174 saylı, 07 mart 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 07 mart 2024-cü il tarixə banka 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində əsas kredit borcu, 239.60 (iki yüz otuz doqquz, altmış) AZN məbləğində faiz borcu və ümumilikdə 1460.17 (min dörd yüz altmış, on yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-5563/2024 saylı, 15 fevral 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 28 mart 2023-cü il tarixli və ********** saylı, 07 mart 2024-cü il tarixli ödəniş qəbzlərin surətlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 35.41 (otuz beş, qırx bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X3 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh (“miras qoyan” X1 miras əmlakından miras payı həcmində) 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində əsas kredit borcu, 239.60 (iki yüz otuz doqquz, altmış) AZN məbləğində faiz borcu, ümumilikdə 1460.17 (min dörd yüz altmış, on yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 35.41 (otuz beş, qırx bir) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (“miras qoyan” X1 miras əmlakından miras payı həcmində) 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində əsas kredit borcu, 239.60 (iki yüz otuz doqquz, altmış) AZN məbləğində faiz borcu, ümumilikdə 1460.17 (min dörd yüz altmış, on yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 35.41 (otuz beş, qırx bir) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-301/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-301/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver