Məhkəmə qərarları › İş №e-2(072)-308/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-308/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-308/2025 11.06.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. Bundan başqa, İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə illik 20 (iyirmi) % dərəcəsi (aylıq 1.6667 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Tərəflərin imzaladıqları 017A**********S saylı, 12 iyun 2024-cü il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqavilələrinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqavilələrinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 07 fevral 2025-ci il tarixə banka 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 1497.54 (min dörd yüz doxsan yeddi, əlli dörd) AZN məbləğində əsas kredit borcu, 275.49 (iki yüz yetmiş beş, qırx doqquz) AZN məbləğində faiz borcu, 23.68 (iyirmi üç, altmış səkkiz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1796.71 (min yeddi yüz doxsan altı, yetmiş bir) AZN məbləğində kredit borcu və 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10156.85 (on min yüz əlli altı, səksən beş) AZN məbləğində əsas kredit borcu, 1405.06 (min dörd yüz beş, sıfır altı) AZN məbləğində faiz borcu, 343.05 (üç yüz qırx üç, sıfır beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 11904.96 (on bir min doqquz yüz dörd, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 1497.54 (min dörd yüz doxsan yeddi, əlli dörd) AZN məbləğində əsas kredit borcun, 275.49 (iki yüz yetmiş beş, qırx doqquz) AZN məbləğində faiz borcunun, 23.68 (iyirmi üç, altmış səkkiz) AZN məbləğində cərimə borcunun, 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10156.85 (on min yüz əlli altı, səksən beş) AZN məbləğində əsas kredit borcunun, 1405.06 (min dörd yüz beş, sıfır altı) AZN məbləğində faiz borcunun, 343.05 (üç yüz qırx üç, sıfır beş) AZN məbləğində cərimə borcunun, ümumilikdə 13701.67 (on üç min yeddi yüz bir, altmış yeddi) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 131.11 (yüz otuz bir, on bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 23 may 2022-ci il tarixli ərizənin (anketin) surətindən görünür ki, İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 (bir) ədəd plastik kart təqdim edilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 20 (iyirmi) % dərəcəsi (aylıq 1.6667 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15000 (on beş min) AZN məbləğində kredit borcunu illik 20 (iyirmi) % dərəcəsi (aylıq 1.6667 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 017A**********S saylı, 12 iyun 2024-cü il tarixli sazişin surətindən görünür ki, 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 1500 (min beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti, bundan başqa, İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 15000 (on beş min) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən hər iki kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan OUT-2025/02/07-60 saylı, 07 fevral 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 07 fevral 2025-ci il tarixə banka 1497.54 (min dörd yüz doxsan yeddi, əlli dörd) AZN məbləğində əsas kredit borcu, 275.49 (iki yüz yetmiş beş, qırx doqquz) AZN məbləğində faiz borcu, 23.68 (iyirmi üç, altmış səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 1796.71 (min yeddi yüz doxsan altı, yetmiş bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan OUT-2025/02/07-57 saylı, 07 fevral 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 07 fevral 2025-ci il tarixə banka 10156.85 (on min yüz əlli altı, səksən beş) AZN məbləğində əsas kredit borcu, 1405.06 (min dörd yüz beş, sıfır altı) AZN məbləğində faiz borcu, 343.05 (üç yüz qırx üç, sıfır beş) AZN məbləğində cərimə borcu və ümumilikdə 11904.96 (on bir min doqquz yüz dörd, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 27 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 131.11 (yüz otuz bir, on bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 1497.54 (min dörd yüz doxsan yeddi, əlli dörd) AZN məbləğində əsas kredit borcu, 275.49 (iki yüz yetmiş beş, qırx doqquz) AZN məbləğində faiz borcu, 23.68 (iyirmi üç, altmış səkkiz) AZN məbləğində cərimə borcu, 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10156.85 (on min yüz əlli altı, səksən beş) AZN məbləğində əsas kredit borcu, 1405.06 (min dörd yüz beş, sıfır altı) AZN məbləğində faiz borcu, 343.05 (üç yüz qırx üç, sıfır beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 13701.67 (on üç min yeddi yüz bir, altmış yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 131.11 (yüz otuz bir, on bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 017KK**********01 saylı, 23 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 1497.54 (min dörd yüz doxsan yeddi, əlli dörd) AZN məbləğində əsas kredit borcu, 275.49 (iki yüz yetmiş beş, qırx doqquz) AZN məbləğində faiz borcu, 23.68 (iyirmi üç, altmış səkkiz) AZN məbləğində cərimə borcu, 017A********** saylı, 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10156.85 (on min yüz əlli altı, səksən beş) AZN məbləğində əsas kredit borcu, 1405.06 (min dörd yüz beş, sıfır altı) AZN məbləğində faiz borcu, 343.05 (üç yüz qırx üç, sıfır beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 13701.67 (on üç min yeddi yüz bir, altmış yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 131.11 (yüz otuz bir, on bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar