Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-327/2025 27.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi: Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 05 saylı, 29 mart 2018-ci il tarixli “Birgə borclularla kredit müqaviləsi”nə əsasən cəmiyyət tərəfindən cavabdehlərə şəxsi istehlak məqsədi ilə illik 12 (on iki) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə (hər birinə 500 manat olmaqla) ümumilikdə 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq cəmiyyət ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 05 saylı, 29 mart 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “Birgə borclularla kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda birbiriləri üçün cəmiyyət qarşısında zamin durmuşdur. Onu da qeyd edir ki, mülki işin məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 tərəfindən “Birgə borclularla kredit müqaviləsi”nə əsasən cəmiyyətin xeyrinə əsas kredit borcu tam şəkildə ödənilmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 cəmiyyətə 598.08 (beş yüz doxsan səkkiz, sıfır səkkiz) AZN məbləğində faiz borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 598.08 (beş yüz doxsan səkkiz, sıfır səkkiz) AZN məbləğində faiz borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 50.98 (əlli, doxsan səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 21 may 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-327/2025 saylı, 16 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata “Cavabdeh3 münasibətdə” xitam verilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının “İmişli” filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 05 saylı, 29 mart 2018-ci il tarixli “Birgə borclularla kredit müqaviləsi”nin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 şəxsi istehlak məqsədi ilə illik 12 (on iki) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə (hər birinə 500 manat olmaqla) ümumilikdə 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 03 aprel 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının “İmişli” filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 05 saylı, 29 mart 2018-ci il tarixli “Birgə borclularla kredit müqaviləsi”nə əsasən cəmiyyət tərəfindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 hər birinə nağd pul şəklində 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 05 saylı 29 mart 2018-ci il tarixli “Birgə borclularla kredit müqaviləsi”nə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 2500 (iki min beş yüz) AZN məbləğində kredit borcunu illik 12 (on iki) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında cəmiyyətin xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının “İmişli” filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 arasında bağlanmış 05 saylı, 29 mart 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 05 saylı 29 mart 2018-ci il tarixli “Birgə borclularla kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda bir-biriləri üçün cəmiyyət qarşısında zamin durmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 437 saylı, 19 sentyabr 2024cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 24 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 “Birgə borclularla kredit müqaviləsi”nə əsasən 24 iyun 2025-ci il tarixə cəmiyyətə 598.08 (beş yüz doxsan səkkiz, sıfır səkkiz) AZN məbləğində faiz borcu mövcuddur. İş materiallarında olan ********** saylı, 14 mart 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən iddia qaldırılması üçün 51 (əlli bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/5494 №-li, 12 yanvar 2026-cı il tarixli ekspert rəyindən görünür ki, 1. cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 və Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 03 aprel 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas kredit borcu üzrə-2500 (iki min beş yüz) AZN məbləği, faiz borcu üzrə-903.33 (doqquz yüz üç, otuz üç) AZN məbləği təşkil edir. 2. 03 aprel 2021-ci il tarixdən sonra son ödəniş tarixinə, yəni 15 iyun 2025-ci il tarixədək 2500 (iki min beş) AZN məbləğində kredit ödənişi həyata keçirilmişdir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının “İmişli” filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 arasında bağlanmış birgə borclularla kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi, eləcə də Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-327/2025 saylı, 16 iyul 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata “Cavabdeh3 münasibətdə” xitam verildiyi üçün iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 598.08 (beş yüz doxsan səkkiz, sıfır səkkiz) AZN məbləğində faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla...) tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Bundan başqa, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 598.08 (beş yüz doxsan səkkiz, sıfır səkkiz) AZN məbləğində faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-327/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-327/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver