Məhkəmə qərarları › İş №e-2(072)-351/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-351/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-351/2024 06.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”yə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 5 (beş) il müddətinə, 1000 (min) AZN məbləğində kredit kart limiti ayrılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən Bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 25 aprel 2024-cü il tarixə banka 745.61 (yeddi yüz qırx beş, altmış bir) AZN məbləğində əsas kredit borcu, 86.97 (səksən altı, doxsan yeddi) AZN məbləğində faiz borcu, 81.74 (səksən bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 4.80 (dörd, səksən) AZN məbləğində bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci və ümumilikdə 921.12 (doqquz yüz iyirmi bir, on iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 745.61 (yeddi yüz qırx beş, altmış bir) AZN məbləğində əsas kredit borcunun, 86.97 (səksən altı, doxsan yeddi) AZN məbləğində faiz borcunun, 81.74 (səksən bir, yetmiş dörd) AZN məbləğində cərimə borcunun, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcunun, 4.80 (dörd, səksən) AZN məbləğində bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin, ümumilikdə 921.12 (doqquz yüz iyirmi bir, on iki) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 1000 (min) AZN məbləğində kredit kartı limiti ayrılmışdır. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.14-cü bəndinə əsasən nağd pul vəsaitinin alınması/çıxarılması faizi: Kart hesabından nağd vəsait alındığı/çıxarıldığı (nağd vəsait əldə edildiyi) və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi gündən etibarən pul balansın (borcun) tam ödənildiyi günə qədər bu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınması/çıxarılması faizi illik 28 % təşkil edir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.14 və 4.19-cu bəndlərinə əsasən Cavabdeh faiz, cərimə borcunun, komissiya haqqının, məhkəmə və digər xərclərin ödənilməsi barədə bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”nin surətindən görünür ki, müqavilənin 4.26.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən “bank” 5 (beş) il müddətinə 1000 (min) AZN məbləğində “kart/əlavə kart sahibinə” kredit kartı limitini (kredit xətti) açır. “Kart/əlavə kart sahibi” isə həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komissiyaları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 25 aprel 2024-cü il tarixə banka 745.61 (yeddi yüz qırx beş, altmış bir) AZN məbləğində əsas kredit borcu, 86.97 (səksən altı, doxsan yeddi) AZN məbləğində faiz borcu, 81.74 (səksən bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 4.80 (dörd, səksən) AZN məbləğində bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci və ümumilikdə 921.12 (doqquz yüz iyirmi bir, on iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 00086 saylı, 09 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 12 fevral 2024-cü il tarixli “Qumru-D Ekspres”-in məktubundan görünür ki, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin Cavabdeh məktubun çatdırılması və istifadəsində olan mobil telefon vasitəsilə əlaqə yaradılması mümkün olmamışdır...Qeyd: Bildirişlərin (pretenziya) göndərilməsi üçün 4.80 (dörd, səksən) AZN məbləğində poçt xidməti ödənilmişdir...) İş materiallarında olan ********** saylı, 25 aprel 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 745.61 (yeddi yüz qırx beş, altmış bir) AZN məbləğində əsas kredit borcu, 86.97 (səksən altı, doxsan yeddi) AZN məbləğində faiz borcu, 81.74 (səksən bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 (dörd, səksən) AZN məbləğində bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci, ümumilikdə 921.12 (doqquz yüz iyirmi bir, on iki) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 745.61 (yeddi yüz qırx beş, altmış bir) AZN məbləğində əsas kredit borcu, 86.97 (səksən altı, doxsan yeddi) AZN məbləğində faiz borcu, 81.74 (səksən bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 (dörd, səksən) AZN məbləğində bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci, ümumilikdə 921.12 (doqquz yüz iyirmi bir, on iki) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar