Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-363/2024 13.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh 336132-1-35677 saylı, 01 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 01 may 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh 336132-1-29416 saylı, 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 01 may 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 18 mart 2024-cü il tarixə banka 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində əsas kredit borcu, 66.18 (altmış altı, on səkkiz) AZN məbləğində faiz borcu, 19.40 (on doqquz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 5933.79 (beş min doqquz yüz otuz üç, yetmiş doqquz) AZN məbləğində kredit borcu və 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində əsas kredit borcu, 103.26 (yüz üç, iyrmi altı) AZN məbləğində faiz borcu, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 9290.79 (doqquz min iki yüz doxsan, yetmiş doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində əsas kredit borcunun, 66.18 (altmış altı, on səkkiz) AZN məbləğində faiz borcunun, 19.40 (on doqquz, qırx) AZN məbləğində cərimə borcunun, ümumilikdə 5933.79 (beş min doqquz yüz otuz üç, yetmiş doqquz) AZN məbləğində kredit borcunun, 336132- CNS-44914 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində əsas kredit borcunun, 103.26 (yüz üç, iyrmi altı) AZN məbləğində faiz borcunun, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 9290.79 (doqquz min iki yüz doxsan, yetmiş doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 135.67 (yüz otuz beş, altmış yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC ilə bağlanmış 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən onun 336132-1-35677 saylı, 01 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 01 may 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ASC ilə bağlanmış 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən onun 336132-1-29416 saylı, 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 01 may 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün və səhhətində olan bir sıra narahatlıqlara görə bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 336132-CNS- 44913 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqavilə”nin surətindən görünür ki, Cavabdeh 336132-1-35677 saylı, 01 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 01 may 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 336132-CNS- 44914 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqavilə”nin surətindən görünür ki, Cavabdeh 336132-1-29416 saylı, 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 01 may 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində kredit borcunu illik 3 (üç) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 18 mart 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 18 mart 2024-cü il tarixə banka 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində əsas kredit borcu, 66.18 (altmış altı, on səkkiz) AZN məbləğində faiz borcu, 19.40 (on doqquz, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 5933.79 (beş min doqquz yüz otuz üç, yetmiş doqquz) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan 18 mart 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 18 mart 2024-cü il tarixə banka 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində əsas kredit borcu, 103.26 (yüz üç, iyrmi altı) AZN məbləğində faiz borcu, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 9290.79 (doqquz min iki yüz doxsan, yetmiş doqquz) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan 1063 P saylı, 19 mart 2024-cü il tarixli və 1064 P saylı, 19 mart 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 15 aprel 2024-cü il tarixli “Courier Service”-in məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin Cavabdeh məktubun çatdırılması və istifadəsində olan mobil telefon vasitəsilə əlaqə yaradılması mümkün olmamışdır...). İş materiallarında olan ********** saylı, 25 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 135.67 (yüz otuz beş, altmış yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində əsas kredit borcu, 66.18 (altmış altı, on səkkiz) AZN məbləğində faiz borcu, 19.40 (on doqquz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 5933.79 (beş min doqquz yüz otuz üç, yetmiş doqquz) AZN məbləğində kredit borcu, 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində əsas kredit borcu, 103.26 (yüz üç, iyrmi altı) AZN məbləğində faiz borcu, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 9290.79 (doqquz min iki yüz doxsan, yetmiş doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 135.67 (yüz otuz beş, altmış yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 336132-CNS-44913 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 5848.21 (beş min səkkiz yüz qırx səkkiz, iyirmi bir) AZN məbləğində əsas kredit borcu, 66.18 (altmış altı, on səkkiz) AZN məbləğində faiz borcu, 19.40 (on doqquz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 5933.79 (beş min doqquz yüz otuz üç, yetmiş doqquz) AZN məbləğində kredit borcu, 336132-CNS-44914 saylı, 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9157.13 (doqquz min yüz əlli yeddi, on üç) AZN məbləğində əsas kredit borcu, 103.26 (yüz üç, iyrmi altı) AZN məbləğində faiz borcu, 30.40 (otuz, qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 9290.79 (doqquz min iki yüz doxsan, yetmiş doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 135.67 (yüz otuz beş, altmış yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-363/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-363/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver