Məhkəmə qərarları › İş №e-2(072)-364/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-364/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-364/2025 22.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbi əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC iddia tələbinin əsaslığını təsdiq edən mötəbər sənədi məhkəməyə təqdim etmədən, “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin və kredit müqaviləsinin məzmunundan görünür ki, “...kredit təşkilatı tərəfindən Cavabdeh 30 (otuz) gün müddətinə, illik 60.85 (altmış, səksən beş) % ödəmək şərti ilə 700 (yeddi yüz) AZN məbləğində kredit verilmiş və “borcalan” tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün Cavabdeh 1260 (min iki yüz altmış) AZN məbləğində kredit borcunun ödənilməsi...” tələb edilir. Lakin iddia ərizəsinə əlavə edilmiş cfad50e7256a5442564e saylı, 06 mart 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, köçürülmüş pul məbləği 550 (beş yüz əlli) AZN məbləği təşkil edir. İş materiallarından iş üzrə əhəmiyyət kəsb edən bu hal – Cavabdeh 30 (otuz) gün müddətinə 700 (yeddi yüz) AZN məbləğində kreditin köçürülməsi və müqavilə üzrə müəyyən edilmiş faizin hesablanması, yoxsa 550 (beş yüz əlli) AZN məbləğində kreditin köçürülməsi və müqavilə üzrə müəyyən edilmiş faizin hesablanması, yəni cavabdehin kredit öhdəliyini həcmi müəyyən edilmir. Bununla yanaşı, iddia ərizəsinə əlavə edilmiş “Epoint” ödəniş sistemindən çıxarışdan məhz “...kredit təşkilatı tərəfindən Cavabdeh **********07 saylı, 06 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 700 (yeddi yüz) AZN məbləğində kreditin qalıq hissəsi kimi 150 (yüz əlli) AZN məbləğində kreditin verilməsi...” müəyyən edilmir və bu halı müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu səbəbdən də, hesab edirəm ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3, 284-4, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbi əsasında iddia ərizəsini qəbul etməkdən imtina edilsin və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar