Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-418/2025 25.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış CE/53736/94/11 saylı, 23 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 26 (iyirmi altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 10155 (on min yüz əlli beş) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh kredit müqaviləsinə əsasən 04 mart 2025-ci il tarixdə banka 8292.74 (səkkiz min iki yüz doxsan iki, yetmiş dörd) AZN məbləğində əsas kredit borcu, 1143.92 (min yüz qırx üç, doxsan iki) AZN məbləğində faiz borcu, 41.82 (qırx bir, səksən iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 9478.48 (doqquz min dörd yüz yetmiş səkkiz, qırx səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 8292.74 (səkkiz min iki yüz doxsan iki, yetmiş dörd) AZN məbləğində əsas kredit borcunun, 1143.92 (min yüz qırx üç, doxsan iki) AZN məbləğində faiz borcunun, 41.82 (qırx bir, səksən iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 9478.48 (doqquz min dörd yüz yetmiş səkkiz, qırx səkkiz) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 118 (yüz on səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış CE/53736/94/11 saylı, 23 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 26 (iyirmi altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 10155 (on min yüz əlli beş) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan AU5343411A93-7 saylı, 23 oktyabr 2023-cü il tarixli və CE5373611A94C-6 saylı, 23 oktyabr 2023-cü il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış CE/53736/94/11 saylı, 23 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 10155 (on min yüz əlli beş) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan CE/53736/94/11 saylı, 23 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 10155 (on min yüz əlli beş) AZN məbləğində kredit borcunu illik 26 (iyirmi altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 04 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 04 mart 2025-ci il tarixə banka 8292.74 (səkkiz min iki yüz doxsan iki, yetmiş dörd) AZN məbləğində əsas kredit borcu, 1143.92 (min yüz qırx üç, doxsan iki) AZN məbləğində faiz borcu, 41.82 (qırx bir, səksən iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 9478.48 (doqquz min dörd yüz yetmiş səkkiz, qırx səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 04 mart 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 23 aprel 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 118 (yüz on səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 8292.74 (səkkiz min iki yüz doxsan iki, yetmiş dörd) AZN məbləğində əsas kredit borcu, 1143.92 (min yüz qırx üç, doxsan iki) AZN məbləğində faiz borcu, 41.82 (qırx bir, səksən iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 9478.48 (doqquz min dörd yüz yetmiş səkkiz, qırx səkkiz) AZN məbləğində kredit borcu və 114.79 (yüz on dörd, yetmiş səkkiz) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində = 114.78 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8292.74 (səkkiz min iki yüz doxsan iki, yetmiş dörd) AZN məbləğində əsas kredit borcu, 1143.92 (min yüz qırx üç, doxsan iki) AZN məbləğində faiz borcu, 41.82 (qırx bir, səksən iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 9478.48 (doqquz min dörd yüz yetmiş səkkiz, qırx səkkiz) AZN məbləğində kredit borcu və 114.78 (yüz on dörd, yetmiş səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-418/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-418/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver