Məhkəmə qərarları › İş №e-2(072)-421/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-421/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-421/2025 03.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərtləri ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə illik 24 (iyirmi dörd) % dərəcəsi (aylıq 2 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqavilələrinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqavilələrinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 03 mart 2025-ci il tarixə banka 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1114.45 (min yüz on dörd, qırx beş) AZN məbləğində əsas kredit borcu, 41.26 (qırx bir, iyirmi altı) AZN məbləğində faiz borcu, 10.56 (on, əlli altı) AZN məbləğində cərimə borcu, ümumilikdə 1166.27 (min yüz altmış altı, iyirmi yeddi) AZN məbləğində kredit borcu və 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 141.27 (yüz qırx bir, iyirmi yeddi) AZN məbləğində əsas kredit borcu, 10.89 (on, səksən doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 152.16 (yüz əlli iki, on altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1114.45 (min yüz on dörd, qırx beş) AZN məbləğində əsas kredit borcunun, 41.26 (qırx bir, iyirmi altı) AZN məbləğində faiz borcunun, 10.56 (on, əlli altı) AZN məbləğində cərimə borcunun, 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 141.27 (yüz qırx bir, iyirmi yeddi) AZN məbləğində əsas kredit borcunun, 10.89 (on, səksən doqquz) AZN məbləğində faiz borcunun, ümumilikdə 1318.43 (min üç yüz on səkkiz, qırx üç) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 33.19 (otuz üç, on doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 24 (iyirmi dörd) % dərəcəsi (aylıq 2 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 5000 (beş min) AZN məbləğində kredit borcunu illik 24 (iyirmi dörd) % dərəcəsi (aylıq 2 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 20 may 2022-ci il tarixli ərizənin (anketin) surətindən görünür ki, İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 (bir) ədəd plastik kart təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 5000 (beş min) AZN məbləğində (kredit) pul vəsaiti, bundan başqa, İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 500 (beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən hər iki kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan OUT-2025/03/03-46 saylı, 03 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 03 mart 2025-ci il tarixə banka 1114.45 (min yüz on dörd, qırx beş) AZN məbləğində əsas kredit borcu, 41.26 (qırx bir, iyirmi altı) AZN məbləğində faiz borcu, 10.56 (on, əlli altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 1166.27 (min yüz altmış altı, iyirmi yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan OUT-2025/03/03-55 saylı, 03 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 141.27 (yüz qırx bir, iyirmi yeddi) AZN məbləğində əsas kredit borcu, 10.89 (on, səksən doqquz) AZN məbləğində faiz borcu və ümumilikdə 152.16 (yüz əlli iki, on altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 03 mart 2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 05 mart 2025-ci il tarixli "xxxx" MMC-nin məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin Cavabdeh ünvanı natamam olduğu üçün Cavabdeh məktubun çatdırılması mümkün olmamışdır...) İş materiallarında olan ********** saylı, 14 aprel 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 33.19 (otuz üç, on doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1114.45 (min yüz on dörd, qırx beş) AZN məbləğində əsas kredit borcu, 41.26 (qırx bir, iyirmi altı) AZN məbləğində faiz borcu, 10.56 (on, əlli altı) AZN məbləğində cərimə borcu, 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 141.27 (yüz qırx bir, iyirmi yeddi) AZN məbləğində əsas kredit borcu, 10.89 (on, səksən doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 1318.43 (min üç yüz on səkkiz, qırx üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 33.19 (otuz üç, on doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 002A********** saylı, 16 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1114.45 (min yüz on dörd, qırx beş) AZN məbləğində əsas kredit borcu, 41.26 (qırx bir, iyirmi altı) AZN məbləğində faiz borcu, 10.56 (on, əlli altı) AZN məbləğində cərimə borcu, 002KK**********01 saylı, 20 may 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 141.27 (yüz qırx bir, iyirmi yeddi) AZN məbləğində əsas kredit borcu, 10.89 (on, səksən doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 1318.43 (min üç yüz on səkkiz, qırx üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 33.19 (otuz üç, on doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar