Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-43/2024 25.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış 1.1.3 versiyalı, 27 aprel 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin şərtləri ilə tanış olmuş və həmin şərtləri GTC-23570İB/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli razılıq ərizəsi ilə qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə əsasən bank tərəfindən istehlak məqsədilə Cavabdeh illik 19 (on doqquz) % dərəcəsi, illik cərimə 180 (yüz səksən) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə-01 aprel 2022ci il tarixədək 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, 1.1.3 versiyalı, 27 aprel 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə” yə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 (iki) qaydada müəyyən olunur: 1) Kreditin müddəti bitənədək və 2) Kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa, 1.1.3 versiyalı, 27 aprel 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 4-cü bölməsinin 5.2ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Cavabdeh 01 sentyabr 2023-cü il tarixə 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 906 (doqquz yüz altı) gün və 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən gecikmə günlərini sayı 934 (doqquz yüz otuz dörd) gün təşkil edir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini icra etməyən Cavabdeh 01 sentyabr 2023-cü il tarixə banka 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1199.29 (min yüz doxsan doqquz, iyirmi doqquz) AZN məbləğində əsas kredit borcu, 263.17 (iki yüz altmış üç, on yeddi) AZN məbləğində faiz borcu, 2071.74 (iki min yetmiş bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 3534.20 (üç min beş yüz otuz dörd, iyirmi) AZN məbləğində kredit borcu, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən 44.10 (qırx dörd, on) AZN məbləğində əsas borcu, 24.52 (iyirmi dörd, əlli iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 68.62 (altmış səkkiz, altmış iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1199.29 (min yüz doxsan doqquz, iyirmi doqquz) AZN məbləğində əsas kredit borcunun, 263.17 (iki yüz altmış üç, on yeddi) AZN məbləğində faiz borcunun, 2071.74 (iki min yetmiş bir, yetmiş dörd) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3534.20 (üç min beş yüz otuz dörd, iyirmi) AZN məbləğində kredit borcunun, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən 44.10 (qırx dörd, on) AZN məbləğində əsas borcunun, 24.52 (iyirmi dörd, əlli iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 68.62 (altmış səkkiz, altmış iki) AZN məbləğində borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 57 (əlli yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş GTC-23570İB/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış 1.1.3 versiyalı, 27 aprel 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin şərtləri ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1.1.3 versiyalı, 27 aprel 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin (kredit müqaviləsi) surətindən görünür ki, bank tərəfindən istehlak məqsədilə Cavabdeh illik 19 (on doqquz) % dərəcəsi, illik cərimə 180 (yüz səksən) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə-01 aprel 2022-ci il tarixədək 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 13 oktyabr 2020-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizə üzrə bank tərəfindən Cavabdeh bank hesabına 1500 (beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. Bundan başqa, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən 44.10 (qırx dörd, on) AZN məbləğində borcu yaranmışdır. İş materillarında olan 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 1500 (min beş yüz) AZN məbləğində kredit borcunu illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1.1.3 versiyalı, 27 aprel 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin surətindən görünür ki, müqavilənin 4-cü bölməsinin 3.8-ci bəndindən əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı bank edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Müqavilənin 4-cü bölməsinin 3.1-ci bəndindən əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə” yə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 (iki) qaydada müəyyən olunur: 1) Kreditin müddəti bitənədək və 2) Kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Müqavilənin 4-cü bölməsinin 5.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. İş materiallarında olan PB/PBL-OUT-00543-2023 saylı, 01 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 01 sentyabr 2023-cü il tarixə banka 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1199.29 (min yüz doxsan doqquz, iyirmi doqquz) AZN məbləğində əsas kredit borcu, 263.17 (iki yüz altmış üç, on yeddi) AZN məbləğində faiz borcu, 2071.74 (iki min yetmiş bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 3534.20 (üç min beş yüz otuz dörd, iyirmi) AZN məbləğində kredit borcu mövcuddur və kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 906 (doqquz yüz altı) gün təşkil edir. Bundan başqa, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən 44.10 (qırx dörd, on) AZN məbləğində əsas borcu, 24.52 (iyirmi dörd, əlli iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 68.62 (altmış səkkiz, altmış iki) AZN məbləğində borcu mövcuddur və gecikmə günlərini sayı 934 (doqquz yüz otuz dörd) gün təşkil edir. İş materiallarında olan PB/PBL-OUT-00618-2023 saylı, 24 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 aprel 2022-ci il tarixə banka 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1199.29 (min yüz doxsan doqquz, iyirmi doqquz) AZN məbləğində əsas kredit borcu, 263.17 (iki yüz altmış üç, on yeddi) AZN məbləğində faiz borcu, 978.96 (doqquz yüz yetmiş səkkiz, doxsan altı) AZN məbləğində cərimə borcu, ümumilikdə 2441.42 (iki min dörd yüz qırx bir, qırx iki) AZN məbləğində kredit borcu mövcuddur və kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 388 (üç yüz səksən səkkiz) gün təşkil edir. İş materiallarında olan PB-OUT-05255-2023/4 saylı, 22 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 25 avqust 2023-cü il tarixli "xxxx" MMCnin məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin mobil nömrə səhv olduğu və ünvan aşkar olunmadığı üçün cavabdeh X1 məktubun çatdırılması mümkün olmamışdır...). İş materiallarında olan ********** saylı, 08 sentyabr 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 57 (əlli yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/9843 №-li, 19 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 01 aprel 2022-ci il tarixə İddiaçı ASC-yə əsas kredit borcu üzrə-1200,16 (min iki yüz, on altı) AZN məbləğində və faiz borcu üzrə-260.97 (iki yüz altmış, doxsan yeddi) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi əsasən 2071.74 (iki min yetmiş bir, yetmiş dörd) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 2071.74 (iki min yetmiş bir, yetmiş dörd) AZN məbləğində cərimə borcu 300 (üç yüz) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “2071.74 (iki min yetmiş bir, yetmiş dörd) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, məhkəmə iddia tələbinin “41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən yaranmış borcun ödənilməsi” hissəsində hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə “məhrum olan” İddiaçı ASC-nin hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün İddiaçı ASC-nin Cavabdeh qarşı pul məbləğinin, eləcə də bütün zərərin əvəzinin geri qaytarılması məqsədilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Həmin Məcəllənin 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1199.29 (min yüz doxsan doqquz, iyirmi doqquz) AZN məbləğində əsas kredit borcu, 260.97 (iki yüz altmış, doxsan yeddi) AZN məbləğində faiz borcu, 300 (üç yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1760.26 (min yeddi yüz altmış, iyirmi altı) AZN məbləğində kredit borcu, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən 44.10 (qırx dörd, on) AZN məbləğində əsas borc, 24.52 (iyirmi dörd, əlli iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 68.62 (altmış səkkiz, altmış iki) AZN məbləğində pul və 28.93 (iyirmi səkkiz, doxsan üç) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizaları”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 0084077AZN12700 saylı, 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1199.29 (min yüz doxsan doqquz, iyirmi doqquz) AZN məbləğində əsas kredit borcu, 260.97 (iki yüz altmış, doxsan yeddi) AZN məbləğində faiz borcu, 300 (üç yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1760.26 (min yeddi yüz altmış, iyirmi altı) AZN məbləğində kredit borcu, 41010AZNFK********** saylı əmək haqqı kartı üzrə texniki overdraf əməliyyatına əsasən 44.10 (qırx dörd, on) AZN məbləğində əsas borc, 24.52 (iyirmi dörd, əlli iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 68.62 (altmış səkkiz, altmış iki) AZN məbləğində pul və 28.93 (iyirmi səkkiz, doxsan üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizaları”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov