Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-513/2024 17.09.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********32 saylı, 09 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 7000 (yeddi min) AZN məbləğində kredit verilmişdir. Belə ki, məhkəmənin sorğusuna əsasən qeyd edilmişdir ki, "xxxx" ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********96 saylı, 25 may 2021-ci il tarixli “Tam kart” çərçivə müqaviləsinə əsasən Cavabdeh illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 3700 (üç min yeddi yüz) AZN məbləğində nağd şəkildə və illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində plastik kart vasitəsilə kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən 09 mart 2022-ci il tarixə nağd kredit üzrə Cavabdeh 3177.32 (üç min yüz yetmiş yeddi, otuz iki) AZN məbləğində qalıq borcu mövcud olmuş, "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********32 saylı, 09 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh veriləcək 7000 (yeddi min) AZN məbləğində kreditin 3177.32 (üç min yüz yetmiş yeddi, otuz iki) AZN məbləğində hissəsi BPM**********96 saylı, 25 may 2021-ci il tarixli “Tam kart” çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə qalıq borca yönəldilmiş, qalan 3752.68 (üç min yeddi yüz əlli iki, altmış səkkiz) AZN məbləğində vəsait məxaric edilərək Cavabdeh təqdim edilmişdir. Bundan başqa, məhkəmənin sorğusuna əsasən qeyd edilmişdir ki, 324CTL********** saylı referens kredit məhsulu sistemə daxil edildiyi zaman verilən nömrədir və həmin nömrə kağız daşıyıcıda öz əksini tapmır. 324 filialın kodu, CTL kredit məhsulunun növü, ********** isə müqavilənin sistem üzrə sıra nömrəsidir. (Sistemdən çıxarışdan da göründüyü kimi, Cavabdeh “Xırdalan (324)” filialından götürmüş olduğu kredit borcu “Closed”, yəni “Bağlı” statusda, digər “Nərimanov” və “İmişli” filialından götürmüş olduğu kredit borcları isə “Aktiv” statusdadır.) Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 08 may 2024-cü il tarixə banka 5303.39 (beş min üç yüz üç, otuz doqquz) AZN məbləğində əsas kredit borcu, 968.32 (doqquz yüz altmış səkkiz, otuz iki) AZN məbləğində faiz borcu və ümumilikdə 6271.71 (altı min iki yüz yetmiş bir, yetmiş bir) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 5303.39 (beş min üç yüz üç, otuz doqquz) AZN məbləğində əsas kredit borcunun, 968.32 (doqquz yüz altmış səkkiz, otuz iki) AZN məbləğində faiz borcunun, ümumilikdə 6271.71 (altı min iki yüz yetmiş bir, yetmiş bir) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 82.72 (səksən iki, yetmiş iki) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********32 saylı, 09 mart 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 7000 (yeddi min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********32 saylı, 09 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 3752.68 (üç min yeddi yüz əlli iki, altmış səkkiz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan BPM**********32 saylı, 09 mart 2022-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 7000 (yeddi min) AZN məbləğində kredit borcunu illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 08 may 2024-cü il tarixə banka 5004.17 (beş min dörd, on yeddi) AZN məbləğində əsas kredit borcu, 968.32 (doqquz yüz altmış səkkiz, otuz iki) AZN məbləğində faiz borcu və ümumilikdə 6372.42 (altı min üç yüz yetmiş iki, qırx iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********96 saylı, 25 may 2021-ci il tarixli “Tam kart” çərçivə müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) AZN məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli kredit sifarişinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 3700 (üç min yeddi yüz) AZN məbləğində nağd şəkildə kredit verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli kredit sifarişinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) AZN məbləğində plastik kart vasitəsilə kredit verilmişdir. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********32 saylı, 09 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh veriləcək 7000 (yeddi min) AZN məbləğində kreditin 3177.32 (üç min yüz yetmiş yeddi, otuz iki) AZN məbləğində hissəsi BPM**********96 saylı, 25 may 2021-ci il tarixli “Tam kart” çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə qalıq borca yönəldilmiş, qalan 3752.68 (üç min yeddi yüz əlli iki, altmış səkkiz) AZN məbləğində vəsait məxaric edilərək Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan 08 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 08 may 2024-cü il tarixə banka 5303.39 (beş min üç yüz üç, otuz doqquz) AZN məbləğində əsas kredit borcu, 968.32 (doqquz yüz altmış səkkiz, otuz iki) AZN məbləğində faiz borcu və ümumilikdə 6271.71 (altı min iki yüz yetmiş bir, yetmiş bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-11685/2024 saylı, 05 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 10 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 82.72 (səksən iki, yetmiş iki) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 5303.39 (beş min üç yüz üç, otuz doqquz) AZN məbləğində əsas kredit borcu, 968.32 (doqquz yüz altmış səkkiz, otuz iki) AZN məbləğində faiz borcu, ümumilikdə 6271.71 (altı min iki yüz yetmiş bir, yetmiş bir) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 82.72 (səksən iki, yetmiş iki) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5303.39 (beş min üç yüz üç, otuz doqquz) AZN məbləğində əsas kredit borcu, 968.32 (doqquz yüz altmış səkkiz, otuz iki) AZN məbləğində faiz borcu, ümumilikdə 6271.71 (altı min iki yüz yetmiş bir, yetmiş bir) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 82.72 (səksən iki, yetmiş iki) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-513/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-513/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver