Məhkəmə qərarları › İş №e-2(072)-522/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-522/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-522/2025 31.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi məqsədilə cavabdehə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında 480005356/ZM saylı, 27 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bundan başqa, kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, 16 iyun 2017-ci il tarixli əlavə sazişlərə əsasən “borcalan”ın “kreditor” qarşısındakı kredit öhdəliyinin qalıq məbləği konvertasiya edilməklə (1 USD=1.40 AZN) 1868.52 (min səkkiz yüz altmış səkkiz, əlli iki) ABŞ dolları məbləğində hesablanmışdır. Kreditin bitmə müddəti və zaminliyin müddəti, yəni restrukturizasiya edilmiş kreditin müddəti yeni ödəniş cədvəlinə uyğun olaraq 60 (altmış) ay müddətədək, yəni 16 iyun 2022-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən Bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 aprel 2025-ci il tarixə banka 667.43 (altı yüz altmış yeddi, qırx üç) ABŞ dolları məbləğində əsas kredit borcu, 387.50 (üç yüz səksən yeddi, əlli) ABŞ dolları məbləğində faiz borcu, 811.90 (səkkiz yüz on bir, doxsan) ABŞ dolları məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 94.32 (doxsan dörd, otuz iki) ABŞ dolları məbləğində faiz borcu və ümumilikdə 1961.15 (min doqquz yüz altmış bir, on beş) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 667.43 (altı yüz altmış yeddi, qırx üç) ABŞ dolları məbləğində əsas kredit borcunun, 387.50 (üç yüz səksən yeddi, əlli) ABŞ dolları məbləğində faiz borcunun, 811.90 (səkkiz yüz on bir, doxsan) ABŞ dolları məbləğində cərimə borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 94.32 (doxsan dörd, otuz iki) ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 1961.15 (min doqquz yüz altmış bir, on beş) ABŞ dolları məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 53.34 (əlli üç, otuz dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iclasında Cavabdeh2 tələbini rədd edərək izahatında bildirmişdir ki, digər Cavabdeh1 onun qardaşıdır və o, 13 iyul 2022-ci ildə ölmüşdür. İddia tələbi barədə bildirir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə cavabdehə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq onun ilə bank arasında 480005356/ZM saylı, 27 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Düzdür, zaminlik müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin hesab edir ki, zaminlik müqaviləsinə əsasən uzun müddət keçdikdən sonra bank tərəfindən ona qarşı “kredit borcunun ödənilməsi” tələbi irəli sürüldüyü üçün iddia rədd edilməlidir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər Cavabdeh1 qabaqcadan lazımi qaydada xəbərdar edilmiş, lakin mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 13 iyul 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 şəxsi məqsədilə illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış 480005356/ZM saylı, 27 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materillarında olan ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit borcunu illik 22 (iyirmi iki) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 01 saylı, 16 iyun 2017-ci il tarixli əlavə sazişlərin surətindən görünür ki, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin qarşısındakı kredit öhdəliyinin qalıq məbləği konvertasiya edilməklə (1 USD=1.40 AZN) 1868.52 (min səkkiz yüz altmış səkkiz, əlli iki) ABŞ dolları məbləğində hesablanmış, kreditin bitmə müddəti və zaminliyin müddəti, yəni restrukturizasiya edilmiş kreditin müddəti yeni ödəniş cədvəlinə uyğun olaraq 60 (altmış) ay müddətədək, yəni 16 iyun 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 12-5/2-Ə-23-7077/2025 saylı, 30 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 29 aprel 2025-ci il tarixə banka 667.43 (altı yüz altmış yeddi, qırx üç) ABŞ dolları məbləğində əsas kredit borcu, 387.50 (üç yüz səksən yeddi, əlli) ABŞ dolları məbləğində faiz borcu, 811.90 (səkkiz yüz on bir, doxsan) ABŞ dolları məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 94.32 (doxsan dörd, otuz iki) ABŞ dolları məbləğində faiz borcu və ümumilikdə 1961.15 (min doqquz yüz altmış bir, on beş) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 12-5/2-Ə-41-7073/2025 saylı, 30 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-522/2025 saylı, 18 iyul 2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə mülki iş üzrə icraata “Cavabdeh1 münasibətdə” xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan **********47 saylı, 13 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 53.34 (əlli üç, otuz dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə “Cavabdeh2 zaminliyə xitam verilməsi barədə ərizəsi” ilə bağlı qeyd edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış arasında bağlanmış ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı, 16 iyun 2017-ci il tarixli əlavə sazişə əsasən sonuncu ödəniş tarixi “16 iyun 2022-ci il” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış ********* saylı, 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı, 16 iyun 2017-ci il tarixli əlavə saziş üzrə öhdəliyin icrası vaxtı 16 iyun 2022-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra 1 (bir) il ərzində yəni, 16 iyun 2023-cü il tarixədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “kəsici müddət” dedikdə şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsi başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Hüquq sahibi qanunvericiliklə müəyyən edilmiş kəsici müddət ərzində əqdin mübahisələndirilməsi hüququna malikdir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bu səbəbdən də, kəsici müddət nəzərə alınmaqla, zamin Cavabdeh2 öhdəliyinə xitam verilmiş hesab olunmalı və iddia tələbi “Cavabdeh2 münasibətdə” rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır... Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, kəsici müddət nəzərə alınmaqla, zaminin öhdəliyinə xitam verilmiş hesab edildiyi üçün iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar