Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-537/2024 20.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 6011***-*******02L saylı, 01 dekabr 2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən bank tərəfindən cavabdehə illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit xətti açılmışdır. Kredit limiti razılaşmasına əsasən Cavabdeh2 kredit kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini əks etdirən “SMS” vasitəsilə göndərilməklə, verilir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 6011***-*******02L saylı, 01 dekabr 2022-ci il tarixli kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq, 09 dekabr 2022ci il tarixli “SMS” göndərilməklə bank tərəfindən cavabdehə illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bank ilə digər Cavabdeh1 arasında 6FİZAM189679201 saylı, 09 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh2 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh2 19 aprel 2024-cü il tarixə banka 1254.52 (min iki yüz əlli dörd, əlli iki) AZN məbləğində əsas kredit borcu, 36.05 (otuz altı, sıfır beş) AZN məbləğində faiz borcu, 15.51 (on beş, əlli bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 1306.08 (min üç yüz altı, sıfır səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1254.52 (min iki yüz əlli dörd, əlli iki) AZN məbləğində əsas kredit borcunun, 36.05 (otuz altı, sıfır beş) AZN məbləğində faiz borcunun, 15.51 (on beş, əlli bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1306.08 (min üç yüz altı, sıfır səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 33.08 (otuz üç, sıfır səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 6011***-*******02L saylı, 01 dekabr 2022-ci il tarixli kredit limiti razılaşmasının surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit xətti açılmış və eləcə də Cavabdeh2 kredit kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini əks etdirən “SMS” vasitəsilə göndərilməklə, verilir. (kredit limiti razılaşmasında mühüm şərtlər-məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. yetərli dərəcədə aydın göstərilmişdir.) İş materiallarında olan “kreditin verilməsi haqqında” sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 6011***- *******02L saylı, 01 dekabr 2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. (09 dekabr 2022-ci il tarixdə, saat 16:29:15-də Cavabdeh2 istifadəsində olan ***-******* mobil telefon nömrəsinə “SMS” göndərilmişdir, “Status”-uğurlu, “Göndərən”-bank və müştəri, “Qərar”-kredit verilib...) İş materiallarında olan 19 aprel 2024-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən və “hesab haqqında məlumatın” surətindən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 6011***-*******02L saylı, 01 dekabr 2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 3465 (üç min dörd yüz altmış beş) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6FİZAM189679201 saylı, 09 dekabr 2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 kredit limiti razılaşmasından (kredit müqaviləsi) irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh1 bank qarşısında “zamin” durmuşdur. (kredit limiti razılaşmasında mühüm şərtlər-məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. yetərli dərəcədə aydın göstərilmişdir.) İş materiallarında olan 19 aprel 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 19 aprel 2024-cü il tarixə banka 1254.52 (min iki yüz əlli dörd, əlli iki) AZN məbləğində əsas kredit borcu, 36.05 (otuz altı, sıfır beş) AZN məbləğində faiz borcu, 15.51 (on beş, əlli bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 1306.08 (min üç yüz altı, sıfır səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********** saylı, 25 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 33.08 (otuz üç, sıfır səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1254.52 (min iki yüz əlli dörd, əlli iki) AZN məbləğində əsas kredit borcu, 36.05 (otuz altı, sıfır beş) AZN məbləğində faiz borcu, 15.51 (on beş, əlli bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 1306.08 (min üç yüz altı, sıfır səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 33.08 (otuz üç, sıfır səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1254.52 (min iki yüz əlli dörd, əlli iki) AZN məbləğində əsas kredit borcu, 36.05 (otuz altı, sıfır beş) AZN məbləğində faiz borcu, 15.51 (on beş, əlli bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 1306.08 (min üç yüz altı, sıfır səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 33.08 (otuz üç, sıfır səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-537/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-537/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver