Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-574/2025 29.08.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********004 saylı, 30 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik 60.85 (altmış, səksən beş) % dərəcəsi tətbiq edilməklə, 3 (üç) ay müddətinə 1000 (min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh isə ona verilmiş mikro kredit məbləğilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd olunan pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 07 aprel 2025-ci il tarixə cəmiyyətə 1000 (min) AZN məbləğində əsas kredit borcu, 40 (qırx) AZN məbləğində faiz borcu, 620 (altı yüz iyirmi) AZN məbləğində cərimə borcu, 140 (yüz qırx) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu və ümumilikdə 1800 (min səkkiz yüz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 1000 (min) AZN məbləğində əsas kredit borcunun, 40 (qırx) AZN məbləğində faiz borcunun, 620 (altı yüz iyirmi) AZN məbləğində cərimə borcunun, 140 (yüz qırx) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, ümumilikdə 1800 (min səkkiz yüz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 38 (otuz səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********004 saylı, 30 aprel 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 60.85 (altmış, səksən beş) % dərəcəsi tətbiq edilməklə, 3 (üç) ay müddətinə 1000 (min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 140 (yüz qırx) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 01 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 90 (doxsan) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 05 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 370 (üç yüz yetmiş) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 07 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 140 (yüz qırx) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 09 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 70 (yetmiş) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 11 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 30 (otuz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 16 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 40 (qırx) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 18 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 50 (əlli) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 25 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 30 (otuz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 29 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən “Epoint” elektron ödəmə vasitəsilə Cavabdeh məxsus “526163******0218” saylı kart hesabına 40 (qırx) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********004 saylı, 30 aprel 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.14-cü bəndinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT “borcalan”dan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85 (sıfır, səksən beş) % həcmində faiz tələb etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********004 saylı, 30 aprel 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müqavilənin 4.1-ci bəndinə əsasən “borcalan” verilmiş kredit məbləği üzrə müqavilədə nəzərdə tutulmuş tarixlərdə ödəniş edərək, müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləğini və bütün məbləğləri qaytarmağa borcludur. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 07 aprel 2025-ci il tarixə cəmiyyətə 1000 (min) AZN məbləğində əsas kredit borcu, 40 (qırx) AZN məbləğində faiz borcu, 620 (altı yüz iyirmi) AZN məbləğində cərimə borcu, 140 (yüz qırx) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu və ümumilikdə 1800 (min səkkiz yüz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 03 aprel 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********21 saylı, 26 may 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən iddia qaldırılması üçün 38 (otuz səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş iddia tələbinin “620 (altı yüz iyirmi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “620 (altı yüz iyirmi) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 1000 (min) AZN məbləğində əsas kredit borcu, 40 (qırx) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, 140 (yüz qırx) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 1230 (min iki yüz otuz) AZN məbləğində kredit borcu və 25.96 (iyirmi beş, doxsan altı) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) AZN məbləğində əsas kredit borcu, 40 (qırx) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, 140 (yüz qırx) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 1230 (min iki yüz otuz) AZN məbləğində kredit borcu və 25.96 (iyirmi beş, doxsan altı) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-574/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-574/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver