Məhkəmə qərarları › İş №e-2(072)-598/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-598/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-598/2024 14.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6140***-*******02L saylı, 14 aprel 2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 29 (iyirmi doqquz) % müəyyən edilməklə, 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit xətti açılmışdır. Kredit limiti razılaşmasına əsasən Cavabdeh1 kredit kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini əks etdirən “SMS” vasitəsilə göndərilməklə, verilir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 6140***- *******02L saylı, 14 aprel 2022-ci il tarixli əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq, 11 iyul 2023-cü il tarixli “SMS” göndərilməklə bank tərəfindən cavabdehə illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə (aylıq ödəniş 457.13 AZN məbləğində olmaqla hər ayın 11-inə dək ödəmək şərti ilə...) 13000 (on üç min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bank ilə digər Cavabdeh2 oğlu arasında 6FİZAM196223901 saylı, 17 yanvar 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 13 may 2024-cü il tarixə banka 11239.84 (on bir min iki yüz otuz doqquz, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 579.70 (beş yüz yetmiş doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 21.99 (iyirmi bir, doxsan doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 11841.53 (on bir min səkkiz yüz qırx bir, əlli üç) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11239.84 (on bir min iki yüz otuz doqquz, səksən dörd) AZN məbləğində əsas kredit borcunun, 579.70 (beş yüz yetmiş doqquz, yetmiş) AZN məbləğində faiz borcunun, 21.99 (iyirmi bir, doxsan doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 11841.53 (on bir min səkkiz yüz qırx bir, əlli üç) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 125.53 (yüz iyirmi beş, əlli üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, o cümlədən İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6140***-*******02L saylı, 14 aprel 2022-ci il tarixli kredit limiti razılaşmasının surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) AZN məbləğində kredit xətti açılmış və eləcə də Cavabdeh1 kredit kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini əks etdirən “SMS” vasitəsilə göndərilməklə, verilir. (kredit limiti razılaşmasında mühüm şərtlər-məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. yetərli dərəcədə aydın göstərilmişdir.) İş materiallarında olan “kreditin verilməsi haqqında” sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6140***- *******02L saylı, 14 aprel 2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə (aylıq ödəniş 457.13 AZN məbləğində olmaqla hər ayın 11-inə dək ödəmək şərti ilə) 13000 (on üç min) AZN məbləğində kredit verilmişdir. (11 iyul 2023-ci il tarixdə, saat 15:11:29-də Cavabdeh1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinə “SMS” göndərilmişdir, “Status”-uğurlu, “Göndərən”-bank və müştəri, “Qərar”-kredit verilib...) İş materiallarında olan 13 may 2024-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən və “hesab haqqında məlumatın” surətindən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 6140***-*******02L saylı, 14 aprel 2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 6FİZAM196223901 saylı, 17 yanvar 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit limiti razılaşmasından (kredit müqaviləsi) irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. (kredit limiti razılaşmasında mühüm şərtlər-məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. yetərli dərəcədə aydın göstərilmişdir.) İş materiallarında olan 13 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 13 may 2024-cü il tarixə banka 11239.84 (on bir min iki yüz otuz doqquz, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 579.70 (beş yüz yetmiş doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 21.99 (iyirmi bir, doxsan doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 11841.53 (on bir min səkkiz yüz qırx bir, əlli üç) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********** saylı, 09 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 125.53 (yüz iyirmi beş, əlli üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11239.84 (on bir min iki yüz otuz doqquz, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 579.70 (beş yüz yetmiş doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 21.99 (iyirmi bir, doxsan doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 11841.53 (on bir min səkkiz yüz qırx bir, əlli üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 125.53 (yüz iyirmi beş, əlli üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11239.84 (on bir min iki yüz otuz doqquz, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 579.70 (beş yüz yetmiş doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 21.99 (iyirmi bir, doxsan doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 11841.53 (on bir min səkkiz yüz qırx bir, əlli üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 125.53 (yüz iyirmi beş, əlli üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar