Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-621/2024 13.09.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızına qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızına qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 01U/21 saylı, 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair” ümumi ofertanın şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “13 saylı” filialı ilə cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı arasında bağlanmış 2175sİNSHb/22 saylı, 26 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 35 (otuz beş) ay müddətinə, illik 29 (iyirmi doqquz) % olmaq şərtilə 100 (yüz) AZN məbləğində kredit xətti açılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızının 03 may 2024-cü il tarixə banka 86.84 (səksən altı, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 21.33 (iyirmi bir, otuz üç) AZN məbləğində faiz borcu, 5.88 (beş, səksən səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 114.05 (yüz on dörd, sıfır beş) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızından 86.84 (səksən altı, səksən dörd) AZN məbləğində əsas kredit borcunun, 21.33 (iyirmi bir, otuz üç) AZN məbləğində faiz borcunun, 5.88 (beş, səksən səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 114.05 (yüz on dörd, sıfır beş) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızına rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin “13 saylı” filialı ilə cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı arasında bağlanmış 2175sİNSHb/22 saylı, 26 aprel 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 01U/21 saylı, 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair” ümumi ofertanın şərtləri ilə tanış olmuş və eləcə də bank tərəfindən cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızına 35 (otuz beş) ay müddətinə, illik 29 (iyirmi doqquz) % olmaq şərtilə 100 (yüz) AZN məbləğində kredit limiti ayrılmışdır İş materiallarında olan 08 avqust 2024-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “13 saylı” filialı ilə cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı arasında bağlanmış 2175sİNSHb/22 saylı, 26 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızının ödəniş kartına 100 (yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan UB-BANK/PİKMD/1188189 saylı, 03 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızının kredit müqaviləsinə əsasən 03 may 2024-cü il tarixə banka 86.84 (səksən altı, səksən dörd) AZN məbləğində əsas borcu, 21.33 (iyirmi bir, otuz üç) AZN məbləğində faiz borcu, 5.88 (beş, səksən səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 114.05 (yüz on dörd, sıfır beş) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı iddiaçı "xxxx" Kommersiya Bankı ASCyə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 03 may 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “13 saylı” filialı ilə cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızı arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızından 86.84 (səksən altı, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 21.33 (iyirmi bir, otuz üç) AZN məbləğində faiz borcu, 5.88 (beş, səksən səkkiz) AZN məbləğində cərimə borcu, ümumilikdə 114.05 (yüz on dörd, sıfır beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nəcəfova (Dadaşlı) Sübhanə Xanlar qızından 86.84 (səksən altı, səksən dörd) AZN məbləğində əsas kredit borcu, 21.33 (iyirmi bir, otuz üç) AZN məbləğində faiz borcu, 5.88 (beş, səksən səkkiz) AZN məbləğində cərimə borcu, ümumilikdə 114.05 (yüz on dörd, sıfır beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-621/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-621/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver