Məhkəmə qərarları › İş №e-2(072)-676/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-676/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-676/2025 05.11.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında bağlanmış 347nkCNTR/23 saylı, 01 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, illik 25 (iyirmi beş) % ödəmək şərtilə 6458 (altı min dörd yüz əlli səkkiz) AZN məbləğində kredit verilmiş, həmçinin ona bank hesabı (cari, kredit) açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 07 fevral 2025-ci il tarixə banka 6298.22 (altı min iki yüz doxsan səkkiz, iyirmi iki) AZN məbləğində əsas kredit borcu, 1373.87 (min üç yüz yetmiş üç, səksən yeddi) AZN məbləğində faiz borcu, 106.59 (yüz altı, əlli doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 7778.68 (yeddi min yeddi yüz yetmiş səkkiz, altmış səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 6298.22 (altı min iki yüz doxsan səkkiz, iyirmi iki) AZN məbləğində əsas kredit borcunun, 1373.87 (min üç yüz yetmiş üç, səksən yeddi) AZN məbləğində faiz borcunun, 106.59 (yüz altı, əlli doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 7778.68 (yeddi min yeddi yüz yetmiş səkkiz, altmış səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 98.19 (doxsan səkkiz, on doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" Kommersiya Bankı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında bağlanmış 347nkCNTR/23 saylı, 01 noyabr 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuş və bank tərəfindən Cavabdeh 60 (altmış) ay müddətinə, illik 25 (iyirmi beş) % ödəmək şərtilə 6458 (altı min dörd yüz əlli səkkiz) AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş və bank hesabı açmışdır. İş materillarında olan 347nkCNTR/23 saylı, 01 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 6458 (altı min dörd yüz əlli səkkiz) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 347nkCNTR/23 saylı, 01 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 6458 (altı min dörd yüz əlli səkkiz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1258219 saylı, 07 fevral 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 07 fevral 2025-ci il tarixə banka 6298.22 (altı min iki yüz doxsan səkkiz, iyirmi iki) AZN məbləğində əsas kredit borcu, 1373.87 (min üç yüz yetmiş üç, səksən yeddi) AZN məbləğində faiz borcu, 106.59 (yüz altı, əlli doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 7778.68 (yeddi min yeddi yüz yetmiş səkkiz, altmış səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD/ saylı, 20 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Hüseynov Azər Cavanşir oğlunun kredit müqaviləsinə əsasən 20 noyabr 2024-cü il tarixə banka 6298.22 (altı min iki yüz doxsan səkkiz, iyirmi iki) AZN məbləğində əsas kredit borcu, 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində faiz borcu, 82.02 (səksən iki, sıfır iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 7600.81 (yeddi min altı yüz, səksən bir) AZN məbləğində kredit borcu mövcuddur və bu həcmində kredit borcunun tam ödənilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (yəni “kreditor” “borcalan”dan əsas kredit borcunun, faiz borcunun və cərimə borcunun hamısının tam ödənilməsini tələb etməklə, kredit müqaviləsinin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğvi forması...) İş materiallarında olan ********** saylı, 07 fevral 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 98.19 (doxsan səkkiz, on doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qavericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 6298.22 (altı min iki yüz doxsan səkkiz, iyirmi iki) AZN məbləğində əsas kredit borcu, 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində faiz borcu, 82.02 (səksən iki, sıfır iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 7600.81 (yeddi min altı yüz, səksən bir) AZN məbləğində kredit borcu, 95.55 (doxsan beş, əlli beş) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6298.22 (altı min iki yüz doxsan səkkiz, iyirmi iki) AZN məbləğində əsas kredit borcu, 1220.57 (min iki yüz iyirmi, əlli yeddi) AZN məbləğində faiz borcu, 82.02 (səksən iki, sıfır iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 7600.81 (yeddi min altı yüz, səksən bir) AZN məbləğində kredit borcu, 95.55 (doxsan beş, əlli beş) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar