Məhkəmə qərarları › İş №e-2(072)-679/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-679/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-679/2025 03.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış 009A********** saylı, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləğinin ödənilməsi məqsədi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti olmaqla) illik 1 (bir) % dərəcəsi (aylıq 0.0833 % dərəcəsi...) ilə 1249.89 (min iki yüz qırx doqquz, səksən doqquz) AZN məbləğində kredit restrukturizasiya olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqavilələrinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 06 avqust 2025-ci il tarixə banka 753.01 (yeddi yüz əlli üç, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 15.52 (on beş, əlli iki) AZN məbləğində faiz borcu, 177.46 (yüz yetmiş yeddi, qırx altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 945.99 (doqquz yüz qırx beş, doxsan doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 753.01 (yeddi yüz əlli üç, sıfır bir) AZN məbləğində əsas kredit borcunun, 15.52 (on beş, əlli iki) AZN məbləğində faiz borcunun, 177.46 (yüz yetmiş yeddi, qırx altı) AZN məbləğində cərimə borcunun, ümumilikdə 945.99 (doqquz yüz qırx beş, doxsan doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış 009A********** saylı, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti olmaqla) illik 1 (bir) % dərəcəsi (aylıq 0.0833 % dərəcəsi...) ilə 1249.89 (min iki yüz qırx doqquz, səksən doqquz) AZN məbləğində kredit restrukturizasiya olunmuşdur. İş materiallarında olan 16 sentyabr 2019-cu il tarixli “kreditin verilməsi-köçürmə” sənədinin surətindən görünür ki, İddiaçı QSC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış 009A********** saylı, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh hesabına 1249.89 (min iki yüz qırx doqquz, səksən doqquz) AZN məbləğində pul köçürülmüşdür. İş materillarında olan 009A********** saylı, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 1249.89 (min iki yüz qırx doqquz, səksən doqquz) AZN məbləğində kredit borcunu illik 1 (bir) % dərəcəsi (aylıq 0.0833 % dərəcəsi...) tətbiq edilməklə, 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti olmaqla) hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış 009A********** saylı, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 1249.89 (min iki yüz qırx doqquz, səksən doqquz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan OUT-2025/08/06-65 saylı, 06 avqust 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 06 avqust 2025-ci il tarixə banka 753.01 (yeddi yüz əlli üç, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 15.52 (on beş, əlli iki) AZN məbləğində faiz borcu, 177.46 (yüz yetmiş yeddi, qırx altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 945.99 (doqquz yüz qırx beş, doxsan doqquz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 06 avqust 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 07 avqust 2025-ci il tarixli "xxxx" MMC-nin aktının surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin həmin ünvanda evin qapısı bağlı olduğu üçün Cavabdeh məktubun çatdırılması mümkün olmamışdır...) İş materiallarında olan **********81 saylı, 25 avqust 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “177.46 (yüz yetmiş yeddi, qırx altı) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “177.46 (yüz yetmiş yeddi, qırx altı) AZN məbləğində cərimə borcu 40 (qırx) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 753.01 (yeddi yüz əlli üç, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 15.52 (on beş, əlli iki) AZN məbləğində faiz borcu, 40 (qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 808.53 (səkkiz yüz səkkiz, əlli üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla...) tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 753.01 (yeddi yüz əlli üç, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 15.52 (on beş, əlli iki) AZN məbləğində faiz borcu, 40 (qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 808.53 (səkkiz yüz səkkiz, əlli üç) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar