Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-751/2024 28.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 ilə arasında bağlanmış BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən “borcalan”a illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 1000 (min) AZN məbləğində kredit xətti açılmışdır. Bundan başqa, iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən “borcalan” X4 illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 14000 (on dörd min) AZN məbləğində kredit verilmişdir. Belə ki, iddiaçı "xxxx" ASC ilə “borcalan” X5 arasında bağlanmış digər-əvvəlki kredit müqaviləsinə əsasən “borcalan”ın 07 dekabr 2021-ci il tarixə 3910.93 (üç min doqquz yüz on, doxsan üç) AZN məbləğində qalıq borcu mövcud olmuş, iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən “borcalan” X4 veriləcək 14000 (on dörd min) AZN məbləğində kreditin 3910.93 (üç min doqquz yüz on, doxsan üç) AZN məbləğində hissəsi digər-əvvəlki kredit müqaviləsinə əsasən kredit üzrə qalıq borca yönəldilmiş, qalan 10089.07 (on min səksən doqquz, sıfır yeddi) AZN məbləğində vəsait məxaric edilərək, “borcalan” X4 təqdim edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən “borcalan” X5 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin “borcalan” X5 08 mart 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən məlumata əsasən “borcalan” X2 miras əmlakına dair Cəbrayıl rayonu, Quycaq kəndində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, Cavabdeh borclu X2 hüquq varisidir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 20 sentyabr 2024-cü il tarixə BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən banka 1000 (min) AZN məbləğində əsas kredit borcu, 91.85 (doxsan bir, səksən beş) AZN məbləğində faiz borcu, 23 sentyabr 2024-cü il tarixə BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən banka 7983.08 (yeddi min doqquz yüz səksən üç, sıfır səkkiz) AZN məbləğində əsas kredit borcu, 0.04 (sıfır, sıfır dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 9074.97 (doqquz min yetmiş dörd, doxsan yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 (min) AZN məbləğində əsas kredit borcunun, 91.85 (doxsan bir, səksən beş) AZN məbləğində faiz borcunun, BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 7983.08 (yeddi min doqquz yüz səksən üç, sıfır səkkiz) AZN məbləğində əsas kredit borcunun, 0.04 (sıfır, sıfır dörd) AZN məbləğində faiz borcunun, ümumilikdə 9074.97 (doqquz min yetmiş dörd, doxsan yeddi) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 116.25 (yüz on altı, iyirmi beş) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdehnun, o cümlədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən “borcalan” X1 illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 1000 (min) AZN məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən “borcalan” X4 illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 14000 (on dörd min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən “borcalan” X4 nağd pul şəklində 10089.07 (on min səksən doqquz, sıfır yeddi) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “borcalan” X5 14000 (on dörd min) AZN məbləğində kredit borcunu illik 16 (on altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən “borcalan” X4 veriləcək 14000 (on dörd min) AZN məbləğində kreditin 3910.93 (üç min doqquz yüz on, doxsan üç) AZN məbləğində hissəsi digər-əvvəlki kredit müqaviləsinə əsasən kredit üzrə qalıq borca yönəldilmiş və qalan 10089.07 (on min səksən doqquz, sıfır yeddi) AZN məbləğində pul vəsaiti məxaric edilərək, “borcalan” X4 təqdim edilmişdir. İş materiallarında olan AZ-İİ 341263 №-li, 13 mart 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 mart 2023-cü ildə ölmüş, bu barədə akt qeydləri kitabında 13 mart 2023-cü il tarixdə 208 № ilə qeyd edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2V-736 saylı, 10 sentyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, “borcalan” X5 07 mart 2023-cü ildə ölmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində V-295/2023 saylı vərəsəlik işi açılmış, “miras qoyan” X2 miras əmlakına dair arvadı Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İş materiallarında olan maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh 20 sentyabr 2024-cü il tarixə BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən banka 1000 (min) AZN məbləğində əsas kredit borcu, 91.85 (doxsan bir, səksən beş) AZN məbləğində faiz borcu, 23 sentyabr 2024-cü il tarixə BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən banka 7983.08 (yeddi min doqquz yüz səksən üç, sıfır səkkiz) AZN məbləğində əsas kredit borcu, 0.04 (sıfır, sıfır dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 9074.97 (doqquz min yetmiş dörd, doxsan yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-29676/2024 saylı, 13 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 09 mart 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 116.25 (yüz on altı, iyirmi beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “mirası qəbul etmiş vərəsənin ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin (hazırkı halda cavabdehin) üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum X3 qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyənedilmir. Bu baxımdan da “borcalan” (miras qoyan) X2 borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdeh (vərəsə) Cavabdeh üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə “borcalan” X5 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh (“miras qoyan” X2 miras əmlakından miras payı həcmində) BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 (min) AZN məbləğində əsas kredit borcu, 91.85 (doxsan bir, səksən beş) AZN məbləğində faiz borcu, BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 7983.08 (yeddi min doqquz yüz səksən üç, sıfır səkkiz) AZN məbləğində əsas kredit borcu, 0.04 (sıfır, sıfır dörd) AZN məbləğində faiz borcu, ümumilikdə 9074.97 (doqquz min yetmiş dörd, doxsan yeddi) AZN məbləğində kredit borcu və 110.75 (yüz on, yetmiş beş) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində = 110.75 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (“miras qoyan” X2 miras əmlakından miras payı həcmində) BPM**********16 saylı, 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 (min) AZN məbləğində əsas kredit borcu, 91.85 (doxsan bir, səksən beş) AZN məbləğində faiz borcu, BPM**********70 saylı, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 7983.08 (yeddi min doqquz yüz səksən üç, sıfır səkkiz) AZN məbləğində əsas kredit borcu, 0.04 (sıfır, sıfır dörd) AZN məbləğində faiz borcu, ümumilikdə 9074.97 (doqquz min yetmiş dörd, doxsan yeddi) AZN məbləğində kredit borcu və 110.75 (yüz on, yetmiş beş) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-751/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-751/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver