Məhkəmə qərarları › İş №e-2(072)-752/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-752/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-752/2025 04.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********003 saylı, 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə verilmiş kredit məbləğindən istifadəyə görə 5 (beş) % haqq və kredit məbləği üzrə 72.50 (yetmiş iki, əlli) AZN məbləğində xidmət haqqı tutulmaqla, illik 60.85 (altmış, səksən beş) % dərəcəsi tətbiq edilməklə, 1 (bir) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. Cavabdeh isə ona verilmiş mikro kredit məbləğilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd olunan pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 03 iyul 2025-ci il tarixə cəmiyyətə 500 (beş yüz) AZN məbləğində əsas kredit borcu, 25 (iyirmi beş) AZN məbləğində faiz borcu, 302.50 (üç yüz iki, əlli) AZN məbləğində cərimə borcu, 72.50 (yetmiş iki, əlli) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu və ümumilikdə 900 (doqquz yüz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 500 (beş yüz) AZN məbləğində əsas kredit borcunun, 25 (iyirmi beş) AZN məbləğində faiz borcunun, 302.50 (üç yüz iki, əlli) AZN məbləğində cərimə borcunun, 72.50 (yetmiş iki, əlli) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, ümumilikdə 900 (doqquz yüz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********003 saylı, 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh verilmiş kredit məbləğindən istifadəyə görə 5 (beş) % haqq və kredit məbləği üzrə 72.50 (yetmiş iki, əlli) AZN məbləğində xidmət haqqı tutulmaqla, illik 60.85 (altmış, səksən beş) % dərəcəsi tətbiq edilməklə, 1 (bir) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 00faa04a989f3fb98943 saylı, 19 fevral 2024-cü il tarixli “ödəniş tapşırığı”nın surətindən görünür ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********003 saylı, 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh bank hesabına 500 (beş yüz) AZN məbləği həddində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********003 saylı, 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.14-cü bəndinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT “borcalan”dan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85 (sıfır, səksən beş) % həcmində faiz tələb etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********003 saylı, 19 fevral 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müqavilənin 4.1-ci bəndinə əsasən “borcalan” verilmiş kredit məbləği üzrə müqavilədə nəzərdə tutulmuş tarixlərdə ödəniş edərək, müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləğini və bütün məbləğləri qaytarmağa borcludur. İş materiallarında olan 03 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 03 iyul 2025-ci il tarixə cəmiyyətə 500 (beş yüz) AZN məbləğində əsas kredit borcu, 25 (iyirmi beş) AZN məbləğində faiz borcu, 302.50 (üç yüz iki, əlli) AZN məbləğində cərimə borcu, 72.50 (yetmiş iki, əlli) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu və ümumilikdə 900 (doqquz yüz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 03 iyul 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********08 saylı, 04 sentyabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş iddia tələbinin “302.50 (üç yüz iki, əlli) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “302.50 (üç yüz iki, əlli) AZN məbləğində cərimə borcu 25 (iyirmi beş) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) AZN məbləğində əsas kredit borcu, 25 (iyirmi beş) AZN məbləğində faiz borcu, 25 (iyirmi beş) AZN məbləğində cərimə borcu, 72.50 (yetmiş iki, əlli) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 622.50 (altı yüz iyirmi iki, əlli) AZN məbləğində kredit borcu və 30 (otuz) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla...) tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) AZN məbləğində əsas kredit borcu, 25 (iyirmi beş) AZN məbləğində faiz borcu, 25 (iyirmi beş) AZN məbləğində cərimə borcu, 72.50 (yetmiş iki, əlli) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, ümumilikdə 622.50 (altı yüz iyirmi iki, əlli) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar