Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-768/2024 27.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh “Bankın müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında” müqavilənin ümumi şərtləri ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış CC/20405/95/10 saylı, 25 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 18.40 (on səkkiz, qırx) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh kredit müqaviləsinə əsasən 10 sentyabr 2024-cü il tarixə banka 14788.32 (on dörd min yeddi yüz səksən səkkiz, otuz iki) AZN məbləğində əsas kredit borcu, 1784.66 (min yeddi yüz səksən dörd, altmış altı) AZN məbləğində faiz borcu, 339.57 (üç yüz otuz doqquz, əlli yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 16912.55 (on altı min doqquz yüz on iki, əlli beş) AZN məbləğində kredit borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, Cavabdeh 14788.32 (on dörd min yeddi yüz səksən səkkiz, otuz iki) AZN məbləğində əsas kredit borcunun, 1784.66 (min yeddi yüz səksən dörd, altmış altı) AZN məbləğində faiz borcunun, 339.57 (üç yüz otuz doqquz, əlli yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 16912.55 (on altı min doqquz yüz on iki, əlli beş) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 142 (yüz qırx iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh X1 arasında bağlanmış 31 may 2021-ci il tarixli “Bankın müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinin ümumi şərtləri ilə tanış olmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış CC/20405/95/10 saylı, 25 noyabr 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 18.40 (on səkkiz, qırx) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 3006 saylı, 25 noyabr 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış CC/20405/95/10 saylı, 25 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan CC/20405/95/10 saylı, 25 noyabr 2023-cü il tarixli müqaviləyə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15000 (on beş min) AZN məbləğində kredit borcunu illik 18.40 (on səkkiz, qırx) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 10 sentyabr 2024-cü il tarixə banka 14788.32 (on dörd min yeddi yüz səksən səkkiz, otuz iki) AZN məbləğində əsas kredit borcu, 1784.66 (min yeddi yüz səksən dörd, altmış altı) AZN məbləğində faiz borcu, 339.57 (üç yüz otuz doqquz, əlli yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 16912.55 (on altı min doqquz yüz on iki, əlli beş) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli bildirişin görünür surətindən ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 16 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 142 (yüz qırx iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin “339.57 (üç yüz otuz doqquz, əlli yeddi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “339.57 (üç yüz otuz doqquz, əlli yeddi) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər” azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 14788.32 (on dörd min yeddi yüz səksən səkkiz, otuz iki) AZN məbləğində əsas kredit borcu, 1784.66 (min yeddi yüz səksən dörd, altmış altı) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 16622.98 (on altı min altı yüz iyirmi iki, doxsan səkkiz) AZN məbləğində kredit borcu və 138.31 (yüz otuz səkkiz, otuz bir) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14788.32 (on dörd min yeddi yüz səksən səkkiz, otuz iki) AZN məbləğində əsas kredit borcu, 1784.66 (min yeddi yüz səksən dörd, altmış altı) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 16622.98 (on altı min altı yüz iyirmi iki, doxsan səkkiz) AZN məbləğində kredit borcu və 138.31 (yüz otuz səkkiz, otuz bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-768/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-768/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver