Məhkəmə qərarları › İş №e-2(072)-770/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-770/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-770/2024 27.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış BPM**********99 saylı, 26 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna illik 21.90 (iyirmi bir, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 19000 (on doqquz min) AZN məbləğində kredit verilmişdir. Belə ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış digər-əvvəlki kredit müqaviləsinə əsasən cavabdehin 26 mart 2024-cü il tarixə 8412.24 (səkkiz min dörd yüz on iki, iyirmi dörd) AZN məbləğində qalıq borcu mövcud olmuş, iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış BPM**********99 saylı, 26 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna veriləcək 19000 (on doqquz min) AZN məbləğində kreditin 8412.24 (səkkiz min dörd yüz on iki, iyirmi dörd) AZN məbləğində hissəsi digər-əvvəlki kredit müqaviləsinə əsasən kredit üzrə qalıq borca yönəldilmiş, qalan 10587.76 (on min beş yüz səksən yeddi, yetmiş altı) AZN məbləğində vəsait məxaric edilərək, cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna təqdim edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdeh Xankişi Məhəmməd Nəsib oğlunun 15 oktyabr 2024-cü il tarixə banka 18622.11 (on səkkiz min altı yüz iyirmi iki, on bir) AZN məbləğində əsas kredit borcu, 1914.51 (min doqquz yüz on dörd, əlli bir) AZN məbləğində faiz borcu və ümumilikdə 20536.62 (iyirmi min beş yüz otuz altı, altmış iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdeh Xankişi Məhəmməd Nəsib oğlundan 18622.11 (on səkkiz min altı yüz iyirmi iki, on bir) AZN məbləğində əsas kredit borcunun, 1914.51 (min doqquz yüz on dörd, əlli bir) AZN məbləğində faiz borcunun, ümumilikdə 20536.62 (iyirmi min beş yüz otuz altı, altmış iki) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 151.61 (yüz əlli bir, altmış bir) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh Xankişi Məhəmməd Nəsib oğlunun, o cümlədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış BPM**********99 saylı, 26 mart 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna illik 21.90 (iyirmi bir, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 19000 (on doqquz min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 mart 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış BPM**********99 saylı, 26 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Xankişi Məhəmməd Nəsib oğluna nağd pul şəklində 10587.76 (on min beş yüz səksən yeddi, yetmiş altı) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan BPM**********99 saylı, 26 mart 2024-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu 19000 (on doqquz min) AZN məbləğində kredit borcunu illik 21.90 (iyirmi bir, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtıvaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış BPM**********99 saylı, 26 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna veriləcək 19000 (on doqquz min) AZN məbləğində kreditin 8412.24 (səkkiz min dörd yüz on iki, iyirmi dörd) AZN məbləğində hissəsi digər-əvvəlki kredit müqaviləsinə əsasən kredit üzrə qalıq borca yönəldilmiş və qalan 10587.76 (on min beş yüz səksən yeddi, yetmiş altı) AZN məbləğində pul vəsaiti məxaric edilərək, cavabdeh Xankişi Məhəmməd Nəsib oğluna təqdim edilmişdir İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, cavabdeh Xankişi Məhəmməd Nəsib oğlunun kredit müqaviləsinə əsasən 15 oktyabr 2024-cü il tarixə banka 18622.11 (on səkkiz min altı yüz iyirmi iki, on bir) AZN məbləğində əsas kredit borcu, 1914.51 (min doqquz yüz on dörd, əlli bir) AZN məbləğində faiz borcu və ümumilikdə 20536.62 (iyirmi min beş yüz otuz altı, altmış iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-34730/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 16 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 151.61 (yüz əlli bir, altmış bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Gəncə” filialı ilə cavabdeh Xankişi Məhəmməd Nəsib oğlu arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdeh Xankişi Məhəmməd Nəsib oğlundan 18622.11 (on səkkiz min altı yüz iyirmi iki, on bir) AZN məbləğində əsas kredit borcu, 1914.51 (min doqquz yüz on dörd, əlli bir) AZN məbləğində faiz borcu, ümumilikdə 20536.62 (iyirmi min beş yüz otuz altı, altmış iki) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 151.61 (yüz əlli bir, altmış bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xankişi Məhəmməd Nəsib oğlundan 18622.11 (on səkkiz min altı yüz iyirmi iki, on bir) AZN məbləğində əsas kredit borcu, 1914.51 (min doqquz yüz on dörd, əlli bir) AZN məbləğində faiz borcu, ümumilikdə 20536.62 (iyirmi min beş yüz otuz altı, altmış iki) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 151.61 (yüz əlli bir, altmış bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar