Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-778/2024 27.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətinə 300 (üç yüz) AZN məbləğində kredit verilmişdir. Sonradan tərəflərin imzaladıqları 19 aprel 2023-cü il tarixli əlavə razılaşma ilə BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit xəttinin yeni məbləği 10000 (on min) AZN məbləğində müəyyən edilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 19.19 (on doqquz, on doqquz,) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 18300 (on səkkiz min üç yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 21 oktyabr 2024-cü il tarixə banka BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 9999.91 (doqquz min doqquz yüz doxsan doqquz, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 1372.51 (min üç yüz yetmiş iki, əlli bir) AZN məbləğində faiz borcu, GTZK0827273B299 saylı, 19 aprel 2023cü il tarixli kredit müqaviləsinə əsasən 14314.17 (on dörd min üç yüz on dörd, on yeddi) AZN məbləğində əsas kredit borcu, 1098.65 (min doxsan səkkiz, altmış beş) AZN məbləğində faiz borcu, ümumilikdə 26785.24 (iyirmi altı min yeddi yüz səksən beş, iyirmi dörd) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 9999.91 (doqquz min doqquz yüz doxsan doqquz, doxsan bir) AZN məbləğində əsas kredit borcunun, 1372.51 (min üç yüz yetmiş iki, əlli bir) AZN məbləğində faiz borcunun, GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 14314.17 (on dörd min üç yüz on dörd, on yeddi) AZN məbləğində əsas kredit borcunun, 1098.65 (min doxsan səkkiz, altmış beş) AZN məbləğində faiz borcunun, ümumilikdə 26785.24 (iyirmi altı min yeddi yüz səksən beş, iyirmi dörd) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyi və müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 300 (üç yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli “kredit sifarişi və aksepsiz silinməyə dair razılıq ərizəsi haqqında” və “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh “Birkart” ödəniş kartı təqdim edilmiş, həmin kart hesabına illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətinə 300 (üç yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 19 aprel 2023-cü il tarixli əlavə razılaşmanın surətindən görünür ki, BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit xəttinin yeni məbləği 10000 (on min) AZN məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 19.19 (on doqquz, on doqquz,) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 18300 (on səkkiz min üç yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 18300 (on səkkiz min üç yüz) AZN məbləğində kredit borcunu illik 19.19 (on doqquz, on doqquz,) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh hesabına 18300 (on səkkiz min üç yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan 15/00593 saylı, 25 oktyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 21 oktyabr 2024-cü il tarixə banka BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 9999.91 (doqquz min doqquz yüz doxsan doqquz, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 1372.51 (min üç yüz yetmiş iki, əlli bir) AZN məbləğində faiz borcu, GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 14314.17 (on dörd min üç yüz on dörd, on yeddi) AZN məbləğində əsas kredit borcu, 1098.65 (min doxsan səkkiz, altmış beş) AZN məbləğində faiz borcu, ümumilikdə 26785.24 (iyirmi altı min yeddi yüz səksən beş, iyirmi dörd) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 16/MH21211 saylı, 09 sentyabr 2024-cü il tarixli və 16/MH24276 saylı, 07 oktyabr 2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 23 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 9999.91 (doqquz min doqquz yüz doxsan doqquz, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 1372.51 (min üç yüz yetmiş iki, əlli bir) AZN məbləğində faiz borcu, GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 14314.17 (on dörd min üç yüz on dörd, on yeddi) AZN məbləğində əsas kredit borcu, 1098.65 (min doxsan səkkiz, altmış beş) AZN məbləğində faiz borcu, ümumilikdə 26785.24 (iyirmi altı min yeddi yüz səksən beş, iyirmi dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 9999.91 (doqquz min doqquz yüz doxsan doqquz, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 1372.51 (min üç yüz yetmiş iki, əlli bir) AZN məbləğində faiz borcu, GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 14314.17 (on dörd min üç yüz on dörd, on yeddi) AZN məbləğində əsas kredit borcu, 1098.65 (min doxsan səkkiz, altmış beş) AZN məbləğində faiz borcu, ümumilikdə 26785.24 (iyirmi altı min yeddi yüz səksən beş, iyirmi dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-778/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-778/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver