Məhkəmə qərarları › İş №e-2(072)-82/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-82/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-82/2024 23.01.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 3100 (üç min yüz) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 28 sentyabr 2023-cü il tarixə banka BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2044.83 (iki min qırx dörd, səksən üç) AZN məbləğində əsas kredit borcu, 242.97 (iki yüz qırx iki, doxsan yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 2287.80 (iki min iki yüz səksən yeddi, səksən) AZN məbləğində kredit borcu, BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 435.60 (dörd yüz otuz beş, altmış) AZN məbləğində əsas kredit borcu, 58.26 (əlli səkkiz, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 493.86 (dörd yüz doxsan üç, səksən altı) məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2044.83 (iki min qırx dörd, səksən üç) AZN məbləğində əsas kredit borcunun, 242.97 (iki yüz qırx iki, doxsan yeddi) AZN məbləğində faiz borcunun, ümumilikdə 2287.80 (iki min iki yüz səksən yeddi, səksən) AZN məbləğində kredit borcunun, BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 435.60 (dörd yüz otuz beş, altmış) AZN məbləğində əsas kredit borcunun, 58.26 (əlli səkkiz, iyirmi altı) AZN məbləğində faiz borcunun, ümumilikdə 493.86 (dörd yüz doxsan üç, səksən altı) məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 48.22 (qırx səkkiz, iyirmi iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə, 3100 (üç min yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 1569 (min beş yüz altmış doqquz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 3100 (üç min yüz) AZN məbləğində kredit borcunu illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 28 sentyabr 2023-cü il tarixə banka BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2044.83 (iki min qırx dörd, səksən üç) AZN məbləğində əsas kredit borcu, 242.97 (iki yüz qırx iki, doxsan yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 2287.80 (iki min iki yüz səksən yeddi, səksən) AZN məbləğində kredit borcu, BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 435.60 (dörd yüz otuz beş, altmış) AZN məbləğində əsas kredit borcu, 58.26 (əlli səkkiz, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 493.86 (dörd yüz doxsan üç, səksən altı) məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan PKİD/0724 saylı, 26 iyun 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 29 sentyabr 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 48.22 (qırx səkkiz, iyirmi iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2044.83 (iki min qırx dörd, səksən üç) AZN məbləğində əsas kredit borcu, 242.97 (iki yüz qırx iki, doxsan yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 2287.80 (iki min iki yüz səksən yeddi, səksən) AZN məbləğində kredit borcu, BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 435.60 (dörd yüz otuz beş, altmış) AZN məbləğində əsas kredit borcu, 58.26 (əlli səkkiz, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 493.86 (dörd yüz doxsan üç, səksən altı) məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 48.22 (qırx səkkiz, iyirmi iki) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BPM**********03 saylı, 26 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2044.83 (iki min qırx dörd, səksən üç) AZN məbləğində əsas kredit borcu, 242.97 (iki yüz qırx iki, doxsan yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 2287.80 (iki min iki yüz səksən yeddi, səksən) AZN məbləğində kredit borcu, BPM**********77 saylı, 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 435.60 (dörd yüz otuz beş, altmış) AZN məbləğində əsas kredit borcu, 58.26 (əlli səkkiz, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 493.86 (dörd yüz doxsan üç, səksən altı) məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 48.22 (qırx səkkiz, iyirmi iki) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar