Məhkəmə qərarları › İş №e-2(072)-822/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-822/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-822/2025 23.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmişdir. İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını, eləcə də dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan **********74 saylı, 09 oktyabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən Cəbrayıl Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” fəslində “ərizənin baxılmamış saxlanması” hallarına dair konkret norma olmadığı üçün qeyd edilən məsələyə dair “prosessual qənaət” prinsipinə əsasən oxşar maddə (qanunun analogiyası) ilə tənzimlənən “iddia icraatı” fəslini müəyyən edən normalar iş üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarını, eləcə də iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə ərizəsini tam və obyektiv araşdıraraq hesab edirəm ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə ərizənin baxılmamış saxlanmasını xahiş etdiyi və Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa, iddia ərizəsi baxılmamış saxlandığı üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-yə geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikası dövlət büdcəsi hesabından iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar