Məhkəmə qərarları › İş №e-2(072)-938/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-938/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-938/2025 28.01.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 1021nkNFT/24 saylı, 09 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 45 (qırx beş) ay müddətinə, illik 25 (iyirmi beş) % ödəmək şərtilə 9028 (doqquz min iyirmi səkkiz) AZN məbləğində kredit verilmiş, həmçinin ona bank hesabı (cari, kredit) açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 29 iyul 2025-ci il tarixə banka 8748.98 (səkkiz min yeddi yüz qırx səkkiz, doxsan səkkiz) AZN məbləğində əsas kredit borcu, 1211.08 (min iki yüz on bir, sıfır səkkiz) AZN məbləğində faiz borcu, 103.06 (yüz üç, sıfır altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 10063.12 (on min altmış üç, on iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 8748.98 (səkkiz min yeddi yüz qırx səkkiz, doxsan səkkiz) AZN məbləğində əsas kredit borcunun, 1211.08 (min iki yüz on bir, sıfır səkkiz) AZN məbləğində faiz borcunun, 103.06 (yüz üç, sıfır altı) AZN məbləğində cərimə borcunun, ümumilikdə 10063.12 (on min altmış üç, on iki) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 120.59 (yüz iyirmi, əlli doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" Kommersiya Bankı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Neftçilər” filialı ilə bağlanmış 1021nkNFT/24 saylı, 09 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 45 (qırx beş) ay müddətinə, illik 25 (iyirmi beş) % ödəmək şərtilə 9028 (doqquz min iyirmi səkkiz) AZN məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin şərtlərinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Eyni zamanda bildirir ki, özü “Birinci Qarabağ müharibəsi”ndə iştirak etmiş və müharibə veteranıdır. Bununla yanaşı, məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 1021nkNFT/24 saylı, 09 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuş və bank tərəfindən Cavabdeh 45 (qırx beş) ay müddətinə, illik 25 (iyirmi beş) % ödəmək şərtilə 9028 (doqquz min iyirmi səkkiz) AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş və bank hesabı açmışdır. İş materillarında olan 1021nkNFT/24 saylı, 09 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 9028 (doqquz min iyirmi səkkiz) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 45 (qırx beş) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 1021nkNFT/24 saylı, 09 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 9028 (doqquz min iyirmi səkkiz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1298890 saylı, 29 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 29 iyul 2025-ci il tarixə banka 8748.98 (səkkiz min yeddi yüz qırx səkkiz, doxsan səkkiz) AZN məbləğində əsas kredit borcu, 1211.08 (min iki yüz on bir, sıfır səkkiz) AZN məbləğində faiz borcu, 103.06 (yüz üç, sıfır altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 10063.12 (on min altmış üç, on iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD/ saylı, 26 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 26 may 2025-ci il tarixə banka 8748.98 (səkkiz min yeddi yüz qırx səkkiz, doxsan səkkiz) AZN məbləğində əsas kredit borcu, 821.96 (səkkiz yüz iyirmi bir, doxsan altı) AZN məbləğində faiz borcu, 46.74 (qırx altı, yetmiş dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 9617.68 (doqquz min altı yüz on yeddi, altmış səkkiz) AZN məbləğində kredit borcu mövcuddur və bu həcmində kredit borcunun tam ödənilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (yəni “kreditor” “borcalan”dan əsas kredit borcunun, faiz borcunun və cərimə borcunun hamısının tam ödənilməsini tələb etməklə, kredit müqaviləsinin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğvi forması...) İş materiallarında olan ********** saylı, 29 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 120.59 (yüz iyirmi, əlli doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan MV 0145 saylı 11 aprel 2006-cı il tarixli “Veteran vəsiqəsi”nin surətindən və MV 004844 saylı 18 avqust 2015-ci il tarixli “X1, Veteranları və X2 Birliyi”nin vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Birinci Qarabağ müharibəsi”ndə iştirak etmiş və müharibə veteranıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Belə ki, cavabdeh müharibə veteranı olduğu üçün məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi üçün heç bir hüquqi əsas yoxdur və bu səbəbdən də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh deyil, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qavericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 8748.98 (səkkiz min yeddi yüz qırx səkkiz, doxsan səkkiz) AZN məbləğində əsas kredit borcu, 821.96 (səkkiz yüz iyirmi bir, doxsan altı) AZN məbləğində faiz borcu, 46.74 (qırx altı, yetmiş dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 9617.68 (doqquz min altı yüz on yeddi, altmış səkkiz) AZN məbləğində kredit borcu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, iddia qaldırılması üçün ödənilmiş 120.59 (yüz iyirmi, əlli doqquz) AZN məbləğində dövlət rüsumu, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8748.98 (səkkiz min yeddi yüz qırx səkkiz, doxsan səkkiz) AZN məbləğində əsas kredit borcu, 821.96 (səkkiz yüz iyirmi bir, doxsan altı) AZN məbləğində faiz borcu, 46.74 (qırx altı, yetmiş dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 9617.68 (doqquz min altı yüz on yeddi, altmış səkkiz) AZN məbləğində kredit borcu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. İddia qaldırılması üçün ödənilmiş 120.59 (yüz iyirmi, əlli doqquz) AZN məbləğində dövlət rüsumu, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar