Məhkəmə qərarları › İş №e-2(073)-102/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-102/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-102/2024 11.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 176 ünvanında yerləşən ümumi sahəsi 178,3 m2 olan qeyri yaşayış binasından Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 176 ünvanında yerləşən ümumi sahəsi 178,3 m2 olan qeyri yaşayış binasından Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə vəsatətlə müraciət edərək bildirmişdir ki, Cavabdeh 10 dekabr 2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********61-06301 reyestr nömrəli çıxarışla İddiaçı QSC-nin xüsusi mülkiyyətində olan, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 176 ünvanında yerləşən ümumi sahəsi 178,3 m2 olan qeyri yaşayış binasını öz adına rəsmiləşdirməklə, **********61-06301 reyestr nömrəsilə 22 avqust 2023-cü il tarixdə ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı QSC tərəfindən Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün sənədlərin hazırlandığını və bu mübahisəyə baxılıb qurtardıqdan sanra hazırki iddia tələbinə baxıla bilməsini qeyd edərək, hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı QSC-nin iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə həvalə etdi. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 176 ünvanında yerləşən, 0,0103 ha Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş 178,3 m2 olan qeyri yaşayış binası İddiaçı QSC-nin adına **********61-06301 reyestr nömrəsilə xüsusi mülkiyyət hüququ əsasında 10 dekabr 2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 176 ünvanında yerləşən, 0,0103 ha Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş 178,3 m2 olan qeyri yaşayış binası Cavabdeh adına **********61-06301 reyestr nömrəsilə xüsusi mülkiyyət hüququ əsasında 22 avqust 2023cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC-nin vəsatəti əsassızdır, belə ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərdi sahibkarlar arasında yaranmış kommersiya mübahisəsidir və səlahiyyətli məhkəməyə aid olduğundan təmin edilməməlidir. Hazırki mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməməli, 2(073)-102/2024 saylı mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı QSC-nin vəsatəti təmin edilməsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 176 ünvanında yerləşən ümumi sahəsi 178,3 m2 olan qeyri yaşayış binasından Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair 2(073)- 102/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar