Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1079/2025 07.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 1920 manat məbləğində vurulmuş zərər və 39.20 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1920 manat borcun və 39.20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ilə X2 arasında xx.xx.2024-cü il tarixli, Mİ********** nömrəli siğorta müüqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən ** BQ *** dövlət qeydiyyat nişanlı “ZEEKR-X” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Fatmayi qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 2111” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat, ** BQ *** dövlət qeydiyyat nişanlı “ZEEKR-X” markalı avtonəqliyyat ilə manevr edərkən toqquşmuş və nəliyyat vasitəsinə zərər yetirmişdir. Sözügedan yol-naqliyyat hadisəsi nəticəsinda ** BQ *** dövlət qeydiyyat nişanlı “ZEEKR-X” markalı avtomobilə dəymiş zərərə göra Cəmiyyət tərəfindan 6820 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayon polis İdarəsinin DYPŞ-dən "xxxx" ASC-nin inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. xx.xx.2024-cü il tarixdə “VAZ 2111” markalı, ** CX *** nömrəli Dövlət qeydiyyat nişanlı nqəliyyat vaitəsini “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyətinin icbari siğorta” növü üzrə siğortalanmış "xxxx" ASC tərəfindən 4900 manat məbləində pul vəsaiti Cəmiyyətin hesabına köçürülmüşdür. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 1920 manat məbləğində sığorta ödənişinin və 39.20 manat dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “İcbari siğortalar haqqında” AR qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsliyyətinə icbari siğorta məbləği 5000 manat müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Binəqədi rayon DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Göradil yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan Debit haqqında bildirişdən ödəniş məlumatlarından görünür ki, X1 hesabına 6820 (altı min səkkiz yüz iyirmi) manat məbləğində pul köçürülmüşdür. İşdə olan Hesablama Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** BQ *** dövlət qeydiyyat nişanlı “ZEEKR-X” markalı avtonəqliyyat vasitəsinə 6920 (altı min doqquz yüz iyirmi) manat məblğində qiymətlədirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli geriyə tələb subroqasiya məktubundan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 39.20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 39.20 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1920 (bir min doqquz iyirmi) manat borcun və 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1079/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1079/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver