Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1147/2025 16.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 13 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA9B0130619-01 saylı kredit müqaviləsi üzrə 3231.98 manat əsas borc, 141.85 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 54.08 manat faiz borcu olmaqla, cəmi 3408.48 manat borcun və 54.51 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 saylı kredit müqaviləsi üzrə 3231.98 manat əsas borc, 141.85 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 54.08 manat faiz borcu olmaqla, cəmi 3408.48 manat borcun və 54.51 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz olmaqla 3478.90 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməsi barədə öhdəlik götürsə də, o, götürdüyü öhdəliyi yerinə götürməmişdir. Nəticədə Cavabdeh1 iddiaçı banka 13 noyabr 2023-cü il tarixə 3231.98 manat əsas borc, 141.85 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 54.08 manat faiz borcu olmaqla, cəmi 3408.48 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh 60 ay müddətinə illik 01 faiz olmaqla 3478.90 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1nun öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarİxdən xx.xx.2024-cü il tarixə kimi hər ay 73.97 manat, sonuncu ay isə 73.85 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 3231.98 manat əsas borc, 141.85 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 54.08 manat faiz borcu olmaqla, cəmi 3408.48 manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 54.51 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. 13 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA9B0130619-01 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən xx.xx.2019-cu il tarİxdən xx.xx.2024-cü il tarixə kimi hər ay 73.97 manat, sonuncu ay isə 73.85 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan banka ödəniş edilməmişdir. Nəticədə Cavabdeh1 iddiaçı banka 13 noyabr 2023-cü il tarixə 3231.98 manat əsas borcun, 141.85 manat faiz borcunun, 54.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış məbləğin, cəmi 3408.48 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 54.51 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA9B0130619-01 saylı kredit müqaviləsi üzrə 3231.98 manat əsas borc, 141.85 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 54.08 manat faiz borcu olmaqla, cəmi 3408.48 manat borcun və 54.51 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1147/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1147/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver