Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1199/2025 16.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı “Aqrarkredit» BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 1568.98 manat əsas borcu, 2.85 manat faiz borcu olmaqla, cəmi 1571.83 manat borcun və 35.71 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Aqrarkredit» BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 1568.98 manat əsas borcu, 2.85 manat faiz borcu olmaqla, cəmi 1571.83 manat borcun və 35.71 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti ərizəni əsaslandıraraq göstərmişdir ki, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli Qərarın İcrasının təmin edilməsi məqsədi ilə İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cəlilabad rayon, Üçtəpə kənd sakini Cavabdeh1 arasında 14 dekabr 2020-ci il tarixli 21/20-LRE saylı fiziki şəxslərin Vaxtı Keçmiş Kredit X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1nın əsas borcuna illik 1 faiz hesablanmaqla, 2074.63 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 36 ay müddətinə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh qrafikə uyğun olaraq əsas borc və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməyərək, borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restruktruzasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcə pozmuşdur. Bağlanmış 14 dekabr 2020-ci il tarixli 21/20-LRE saylı Restruktruzasiya Müqaviləsi üzrə Cavabdeh1nın İddiaçı BOKT QSC-yə olan əsas borcu 1031,16 manat, faiz borcu 37,35 manat, cəmi borcu 1068,51 manat təşkil edir. Cavabdehin iddiaçı cəmiyyətə olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçıya 1568.98 manat əsas borcu, 2.85 manat faiz borcu olmaqla, cəmi 1571.83 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Buna görə də iddiaçı təşkilat məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlərdən müştərək qaydada 1568.98 manat əsas borcu, 2.85 manat faiz borcu olmaqla, cəmi 1571.83 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35.71 manat dövlət rüsumunun İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin Lənkəran filial ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli 21/20-LRE saylı fiziki şəxslərin Vaxtı Keçmiş Kredit X1 görünür ki, cavabdehə 60 ay müddətinə illik 01 faiz olmaqla 2074.63 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 14 dekabr 2020-ci il tarixli 21/20-LRE-01 saylı güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərini icra etməsi üçün borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan “Aqrarkredit» BOKT Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 35.71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Eni zamanda Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik üçün) məsluliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadəşləşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.71 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1568.98 manat əsas borcu, 2.85 manat faiz borcu olmaqla, cəmi 1571.83 manat borcun və 35.71 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “Aqrarkredit» BOKT Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1199/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1199/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver