Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1226/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənə vurulmuş olan 40250 (qırx min iki yüz əlli) manat məbləğində maddi ziyanın və ödənilmiş olan 211 (iki yüz on bir) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh onun bacısının həyat yoldaşıdır. Cavabdeh oğlu ilə birlikdə, ondan evini girov qoyaraq pul götürəcəklərini, həmin borcu tezliklə qaytaracağına əmin etmişdir. Cavabdeh və oğlu onun yaxın qohumu olduğundan onlara inanmışdır. Belə ki, uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onun ipoteka qoyan qismində Bank aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi onun mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli, 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020-ci il tarixli, 005R200298P330SB saylı sazişlər ləğv edilmişdir. Cavabdehlər Cavabdeh, X6, İddiaçı, X2 və Cəfərov RaufYaşar oğlundan 005R********** saylı kredit razılaşması üzrə 9.038,02 manat əsas borc,1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı kredit razılaşması üzrə 30991,47 manat əsas borc, 3529,21 manat faiz borcu, 1200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilin ilkin satış qiyməti 23.100 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı qaytarılsın. Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. O, da evinin həddindən artıq ucuz qiymətə satılmasına narahat olduğundan, məcbur olub evini dəyərindən aşağa qiymətə satılmasına razılıq vermiş və nəticədə əlli min manatadək ziyana düşmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 2023-12.01-17 tarixli 082833 №-li məktubunda qeyd edilmişdir ki, 01 dekabr 2023-cü il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, 16 iyul 2019-cu il 005R********** nömrəli kredit müqaviləsi üzrə zamin qismində "xxxx" Qapah Səhmdar Cəmiyyəti qarşısında 27000 manat və 29 yanvar 2020-ci il 005R********** nömrəli kredit müqaviləsi üzrə zamin qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 35000 manat həcmində zamin qismində "xxxx" Qapah Səhmdar Cəmiyyəti qarşısında borc öhdəliyiniz möycud olmuşdur. Həmin borc öhdəliyinizi tam olaraq yerinə yetirmisiniz və hazırda həmin Kredit Müqaviləsi üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında zamin qismində öhdəliyiniz mövcud deyildir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 078532 №-li icraata xitam məktubunda qeyd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-26/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh, İddiaçı və qeyrilərindən cəmi 46681.85 manat borcu və 51 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikasının qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh həmin vaxtdan bəri ona heç bir ödəniş etməmişdir. Bu əməli ilə cavabdeh ona 5000 manata yaxın maddi ziyan vurmuşdur. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı cavabdehin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. O, cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 100000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 27.000 manat məbləğində kredit vəsaiti aylıq 1,75 faiz olmaqla, 12 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 27.000 manat məbləğində kredit vəsaiti Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 35.000 manat məbləğində kredit vəsaiti aylıq 1,75 faiz olmaqla, 15 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 35.000 manat məbləğində kredit vəsaiti Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı sazişlərin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzun müddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi X4 ilə xx.xx.2018-ci il tarixdə, X9 ilə xx.xx.2020-ci il tarixdə, İddiaçı ilə 05 fevral 2019-cu il tarixdə, X11 ilə 29 yanvar 2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132 B nömrəli evin 28 saylı mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B saylı ev, 28 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Şirvan Kommersiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2-2(121)- 26/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli, 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020-ci il tarixli, 005R**********SB saylı sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X6, İddiaçı, X1 və X5 005R********** saylı krеdit razılaşması üzrə 9.038,02 manat əsas borc, 1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı krеdit razılaşması üzrə 30.991,47 manat əsas borc, 3.529,21 manat faiz borcu, 1.200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46.681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilin ilkin satış qiyməti 23.100 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılması və həmin mənzil boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilini X3 49000 manata satmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 082833 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit müqaviləsi üzrə zamin qismində 27000 manat və xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit müqaviləsi üzrə zamin qismində 35000 manat "xxxx" QSC qarşısında öhdəliyi olmuş, lakin həmin borc öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, həmin kredit müqavilələri üzrə "xxxx" QSC qarşısında zamin qismində öhdəliyi mövcud deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qohumluq əlaqələri vardır. Cavabdeh oğlu ilə birlikdə, İddiaçı evini girov qoyaraq pul götürəcəklərini, həmin borcu tezliklə qaytaracağına əmin etmişdir. Cavabdeh və oğlu İddiaçıin yaxın qohumu olduğundan iddiaçı onlara inanmışdır. Belə ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ipoteka qoyan qismində Bank ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən ipoteka qoyana xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020-ci il tarixli 005R200298P330SB saylı sazişlər ləğv edilmiş, cavabdehlər Cavabdeh, X6, İddiaçı, X2 və Cəfərov RaufYaşar oğlundan 005R********** saylı kredit razılaşması üzrə 9.038,02 manat əsas borc, 1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı kredit razılaşması üzrə 30.991,47 manat əsas borc, 3.529,21 manat faiz borcu, 1.200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46.681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinin ilkin satış qiymətinin 23100 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. İddiaçı evinin həddindən artıq ucuz qiymətə satılmasına narahat olduğundan, məcbur olub evini dəyərindən aşağa qiymətə satılmasına razılıq vermiş və nəticədə evini 49000 manata satmışdır. Həmin məbləğin 40250 manatını Cavabdeh banka olan borcunun bağlanılmasına görə ödəmişdir. Beləliklə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra edilməməsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 40250 manat təşkil etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı avtomobilinə vurulmuş maddi ziyana görə 40250 manat borcunun yaranması təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh mənə vurulmuş olan 40250 manat məbləğində maddi ziyanın və ödənilmiş olan 211 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 40250 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 211 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 40250 (qırx min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 211 (iki yüz on bir) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1226/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1226/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver