Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1230/2024 03.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh Əzimov Balakərim Şükür oğlunun vərəsəsi Cavabdeh iştirakları ilə, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Əzimov Balakərim Şükür oğlunun vərəsəsi Cavabdeh qarşı mərhum Əzimov Balakərim Şükür oğlunun hüquqi varisi Cavabdeh 27 may 2013-cü il tarixli, 138 saylı kredit müqaviləsi üzrə 7804,29 manat əsas, 1854,95 manat faiz borcu olmaqla, cəmi 9659,24 (doqquz min altı yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat borcun və ödənilmiş 116,59 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Əzimov Balakərim Şükür oğlunun adında qeydiyyatda olan, 2012-ci il buraxılış “HYUNDAİ ACCENT” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə, həmin nəqliyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Əzimov Balakərim Şükür oğlunun vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Əzimov Balakərim Şükür oğlunun hüquqi varisi Cavabdeh 27 may 2013-cü il tarixli, 138 saylı kredit müqaviləsi üzrə 7804,29 manat əsas, 1854,95 manat faiz borcu olmaqla, cəmi 9659,24 (doqquz min altı yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat borcun və ödənilmiş 116,59 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Əzimov Balakərim Şükür oğlunun adında qeydiyyatda olan, 2012-ci il buraxılış “HYUNDAİ ACCENT” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə, həmin nəqliyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 10İs saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin Əzimov Balakərim Şükür oğluna qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 28 avqust 2017ci il tarixli, S-AVK-LEN-13 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 9659,24 manat (əsas borc 7804,29 manat; faiz borcu 1854,95 manat) məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə Əzimov Balakərim Şükür oğlu arasında bağlanmış 27 may 2013-cü il tarixli, 138 saylı kredit müqaviləsinə əsasən Əzimov Balakərim Şükür oğluna avtomobil alınması məqsədilə 36 ay müddətinə illik 19 %-lə 13200,0 (on üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə ipotekaqoyan Əzimov Balakərim Şükür oğlu arasında bağlanmış 27 may 2013-cü il tarixli 138 saylı ipoteka müqaviləsinə əsasən Əzimov Balakərim Şükür oğlunun mülkiyyətində olmuş “HYUNDAİ ACCENT” markalı ** BM *** dövlət qeydiyat nişanlı avtomobili banka ipotekaya qoyulmuşdur. DYP tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli АА seriyalı 074887 nömrəli Çıxarışa əsasən həmin avtomobil "xxxx" ASC-nin Lənkəran filialının xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən, Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə borcalan qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Qeyd edilməlidir ki, Cəlilabad rayonu Uzuntəpə kənd İƏDÜ nümayəndəliynin xx.xx.2014-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən Əzimov Balakərim Şükür oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cəlilabad rayonu Uzuntəpə kənd İƏDÜ nümayəndəliyinin 19 aprel 2023-cü il tarixli, 5-41/2-3- 63/2023 saylı arayışına əsasən Əzimov Balakərim Şükür oğlunun həyat yoldaşı Cavabdeh onun hüquqi varisidir. Əzimov Balakərim Şükür oğlunun yuxarıda göstərilmiş kredit müqaviləsi üzrə İddiaçı QSC -yə olan əsas borcu 7804,29 manat, faiz borcu 1854,95 manat olmaqla, cəmi borcu 9659,24 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq mərhum Əzimov Balakərim Şükürı oğlunun hüquqi varisi Cavabdeh 27 may 2013-cü il tarixli, 138 saylı kredit müqaviləsi üzrə 7804,29 manat əsas, 1854,95 manat faiz borcu olmaqla, cəmi 9659,24 manat borcun və ödənilmiş 116,59 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Əzimov Balakərim Şükür oğlunun adında qeydiyyatda olan, 2012-ci il buraxılış “HYUNDAİ ACCENT” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə, həmin nəqliyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əzimov Balakərim Şükür oğlunun vərəsəsi Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, onun hazırki mübahisə ilə bağlı heç bir əlaqəsi və məlumatı yoxdur. Əgər iddiaçı bank kredit borcunu tələb edirsə, ipoteka qoyulmuş “HYUNDAİ ACCENT” minik markalı avtomobili axtarışa versinlər və maşını tapıb kredit borcunun əvəzinə götürsünlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər (borclar) üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrə əlavə edilmiş aktdan görünür ki, "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə hüququ da 28 avqust 2017-ci il tarixli, S-AVK-LEN-13 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cəlilabad filialı ilə Əzimov Balakərim Şükür oğlu arasında bağlanmış 27 may 2013-cü il tarixli, 138 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 19 %-lə 13200,0 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli məxaric orderinin surətindən görünür ki, Əzimov Balakərim Şükür oğlu kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulan 5790 manat məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən almışdır. İşdə olan iddiaçı Bank tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, cavabdeh Əzimov Balakərim Şükür oğlunun 15 sentyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 7804,29 manat əsas borcu, 1854,95 manat faiz borcu olmaqla, cəmi 9659,24 manat borcu yaranmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış 27 may 2013-cü il tarixli 138 saylı ipoteka müqaviləsindən görünür ki, Əzimov Balakərim Şükür oğlunun mülkiyyətində olmuş “HYUNDAİ ACCENT” markalı ** BM *** dövlət qeydiyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin razılığına əsasən 15000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan AZ-İ 691027 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzimov Balakərim Şükür oğlu 13 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Ölümünün səbəbinin mikro infarkt qeyd edilmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 sentyabr 2014-cü il tarixdə 29 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddianın verilməsi ilə əlaqədar 116,59 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı fərmanına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə bağlı Əzimov Balakərim Şükür oğlunun "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə hüququ da 28 avqust 2017-ci il tarixli, S-AVK-LEN-13 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə 3151,07 manat əsas borcu və 212 manat faiz borcu yaranmışdır. "xxxx" ASC tərəfindən cavabdeh Əzimov Balakərim Şükür oğluna 27 may 2013-cü il tarixli, 138 saylı güzəştli kredit müqaviləsinə əsasən 05 il müddətinə illik 01 faiz olmaqla 2073,19 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq X1 ilə iddiaçı Bank arasında 27 may 2013-cü il tarixli, 138 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlərin iddiaçı cəmiyyətə olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçıya 7804,29 manat əsas borcu, 1854,95 manat faiz borcu olmaqla, cəmi 9659,24 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Əzimov Balakərim Şükür oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləçsinin 5.1-ci bəndindən görünür ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldə bilər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, borc alanın və ya ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyətinin pisləşməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Bundan başqa «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi cavabdeh Əzimov Balakərim Şükür oğlunun kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın ipoteka predmetinin satışından əldə olunan vəsait Əzimov Balakərim Şükür oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Əzimov Balakərim Şükür oğlunun vərəsəsi Cavabdeh 27 may 2013-cü il tarixli, 138 saylı güzəştli kredit müqaviləsi üzrə 7804,29 manat əsas borcu, 1854,95 manat faiz borcu olmaqla, cəmi 9659,24 manat kredit borcu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb ipoteka perdmeti olan Əzimov Balakərim Şükür oğluna məxsus olan 2012-ci il buraxılış “HYUNDAİ ACCENT” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərrəacda satılsın, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsinə və ipoteka predmetinin satışından əldə olunan vəsait Əzimov Balakərim Şükür oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Əzimov Balakərim Şükür oğlundan tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,65 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əzimov Balakərim Şükür oğlunun vərəsəsi Cavabdeh 27 may 2013-cü il tarixli, 138 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7804,29 (yeddi min səkkiz yüz dörd manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 1854,95 (iyirmi səkkiz manat altmış üç qəpik) manat olmaqla, cəmi 9659,24 (doqquz min altı yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat kredit borcu və 116,59 (bir yüz on altı manat əlli doqquz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb ipoteka perdmeti olan Əzimov Balakərim Şükür oğluna məxsus olan 2012-ci il buraxılış “HYUNDAİ ACCENT” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərrəacda satılsın, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsinə və ipoteka predmetinin satışından əldə olunan vəsait Əzimov Balakərim Şükür oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Əzimov Balakərim Şükür oğlundan tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1230/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1230/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver