Məhkəmə qərarları › İş №e-2(073)-1262/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1262/2024

03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1262/2024 03.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı 520 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 550 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Ata Sığorta» ASCilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Chevrolit Cruze” markalı ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi səğorta olunaraq “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Chevrolit Cruze” markalı ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Opel Vectra” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, eyni zamanda hadisə yerindən yayınmışdır. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 520 manat sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt ŞPİ DYPİ-in İnzibati Xəta haqqında Protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-in 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı təşkilat tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, AS-223/874 saylı geriyə tələb (subroqasiya) məktubu ünvanlanmış, lakin cavabdeh borcunu bu günədək ödəməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 520 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu, cəmi 550 manat pulun "xxxx" ASC-in xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli PAA********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolit Cruze” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər sığortalanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, PAA********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış Cavabdeh məxsus “Chevrolit Cruze” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi nəticədə “Opel Vectra” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat ziyan dəymişdir. İşdə olan Sumqayıt ŞPİ DYPİ-in xx.xx.2019-cu il tarixli ******* saylı İnzibati Xəta haqqında Protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-in 327.6 və 327.1-ci maddələrindəki inzibati xətanı törətmişdir. İşdə olan Sumqayıt ŞPİ DYPİ-in xx.xx.2019-cu il tarixli TP2971245 saylı X2 haqqında Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-in 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. İşdə olan avtomobilin təmiri üçün hesablamadan görünür ki, X1 məxsus “Opel Vectra” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 520 manat ziyan dəymişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 014298 saylı ödəniş tapşırığından görünür ki, xx.xx.2014-cü il tarixli PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən 520 manat sığorta ödənişi X1 ödənilmişdir. İşdə olan iddiaçı Cəmiyyət tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, AS-223/874 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı Cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat ərizənin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Chevrolit Cruze” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Badamdar şossesində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Vectra” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 520 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 520 (beş yüz iyirmi) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar