Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1317/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ogluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglundan 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən 6050 manat əsas borcun, 1123,52 manat faiz borcunun, cəmi 7623,52 manat məbləğində borcun, 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borcun, 28,48 manat faiz borcunun, cəmi 128,48 manat borcun və ödənilmiş 97,52 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış (mobil tətbiqi vasitəsilə) 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 23,3 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq Cəlilabad rayon filialından nəğd qaydada əldə edilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış (mobil tətbiqi vasitəsilə) 03 iyul 2024-cü il tarixli, BRCB8541879B saylı kredit kartına dair müqaviləsinə əsasən ona 100 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart Cəlilabad rayon filialından əldə edilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borclarını tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən 6500 manat əsas borcu, 1123,52 manat faiz borcu, cəmi 7623,52 manat məbləğində borcu və 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borcu, 28,48 manat faiz borcu, cəmi 128,48 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 23,3 faiz olmaqla 48 ay müddətinə 6500 manat məbləğində kredit vermişdir. İşdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartına dair müqaviləsindən görünür ki, bank cavabdehə 100 manat məbləğində kredit vermişdir. İşdə olan 03 iyul 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 6500 manat vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad rayon filialından almışdır. İşdə olan 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı bankdan götürdüyü krediti və ona hesablanmış faizləri ilə birlikdə ödəniş qrafikində nəzərdə tutulmuş qaydada iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 11 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 mart 2025-ci il tarixə iddiaçı banka 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən 6500 manat əsas borcu, 1123,52 manat faiz borcu, cəmi 7623,52 manat məbləğində borcu və 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartına dair müqaviləsinə əsasən 100 manat əsas borcu, 28,48 manat faiz borcu, cəmi 128,48 manat məbləğində borcu vardır. İşdə olan 08 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 97,52 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 23,3 faiz olmaqla 48 ay müddətinə 6500 manat məbləğində kredit və 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartına dair müqaviləsinə əsasən isə 100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə ödəniş qrafikində nəzərdə tutulmuş qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı banka 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən 6500 manat əsas borcu, 1123,52 manat faiz borcu, cəmi 7623,52 manat məbləğində borcu və 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borcu, 28,48 manat faiz borcu, cəmi 128,48 manat borcu yaranmışdır. Kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək Cavabdeh 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən 6500 manat əsas borcu, 1123,52 manat faiz borcu, cəmi 7623,52 manat məbləğində kredit borcu və 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartı müqaviləsinə əsasən isə 100 manat əsas borcu, 28,48 manat faiz borcu, cəmi 128,48 manat kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 97,52 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 03 iyul 2024-cü il tarixli, GTZK8541878B162 saylı kredit müqaviləsinə əsasən 6500 (altı min beş yüz) manat əsas borc, 1123,52 (bir min bir yüz iyirmi üç manat əlli iki qəpik) manat faiz borcu olmaqla, cəmi 7623,52 (yeddi min altı yüz iyirmi üç manat əlli iki qəpik) manat məbləğində kredit borcu, 03 iyul 2024-cü il tarixli, BRCB8541879B162 saylı kredit kartı müqaviləsinə əsasən 100 (bir yüz) manat əsas borc, 28,48 (iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 128,48 (bir yüz iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97,52 (doxsan yeddi manat əlli iki qəpik) manat alınıb İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1317/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1317/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver