Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1357/2024 06.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada əsas borcun və 34 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Mikro-kredit BOKT” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsinə əsasən 1231.89 manat əsas borcu, 108.54 manat faiz borcu, 40.84 manat cərimə borcu olmaqla, cəmi 1381.27 manat əsas borcun və 34 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, «Azərbaycan Mikro-kredit BOKT” MMC- ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsi üzrə tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 60 ay müddətinə, illik 48 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh kassadan məxaric etdiyi məbləği və məbləğin çıxarılmasına görə nəzərdə tutulmuş komisyon haqlarını banka ödəməkdən yayınmış, beləliklə də xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsi üzrə 1231.89 manat əsas borcu, 108.54 manat faiz borcu, 40.84 manat cərimə borcu olmaqla, cəmi 1381.27 manat əsas borcun və 34 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan «Azərbaycan Mikro-kredit BOKT” MMC-nin Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsi razılaşmasından görünür ki, bankla cavabdeh arasında 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ZM1- CL0011328-202 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan «Azərbaycan Mikro-kredit BOKT” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 nun banka 1231.89 manat əsas borcu, 108.54 manat faiz borcu, 40.84 manat cərimə borcu olmaqla, cəmi 1381.27 manat borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «Azərbaycan Mikro-kredit BOKT” MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi uzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 4.15 maddəsində göstərilir ki, borclu müqavilə üzrə ödəniləcək ödənişləri geçikdirilməsinə görə, geçikmə faizləri və cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsinə əsasən 1231.89 manat əsas borcu, 108.54 manat faiz borcu, 40.84 manat cərimə borcu olmaqla, cəmi 1381.27 manat əsas borcun və 34 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Azərbaycan Mikro-kredit BOKT” MMC-nə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev İş № 2-(073)-801/2023 İcra vərəqəsi Cəlilabad rayon məhkəməsi 03 aprel 2023-cü il İddiaçı «Azərbaycan Mikro-kredit BOKT” MMC-nin Cavabdeh1 na qarşı xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsinə əsasən 1648.82 manat əsas borcu, 71.63 manat faiz borcu olmaqla, cəmi 1720.45 manat əsas borcun və 37 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ndan xx.xx.2023-cü il tarixli, CL0011328-2023 saylı kredit müqaviləsinə əsasən 1648.82 manat əsas borcu, 71.63 manat faiz borcu olmaqla, cəmi 1720.45 manat əsas borcun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Azərbaycan Mikro-kredit BOKT” MMC-nə ödənilsin. (qərarın nəticəvi hissəsini dəqiq göstərməli) «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurunun öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərinin yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı,ünvanı, bankda hesablaşma hesabının №-si Cavabdeh1-ünvan 1 ünvanı, bankda hesablaşma hesabının №-si «Azərbaycan Mikro-kredit BOKT” MMC - Bakı şəhəri, Xətai ray, N.Rəfiyev 81A İcra vərəqəsi “___” _________ 2023-cü il tarixdə verilmişdir. Hakim:Elxan Əmirəliyev AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad şəhəri, Telefon: 025-24-5-20-10 H.Əliyev prospekti 286 Faks 025-24-5-34-37 «___» ___________2023-cü il № 2-(073)-801/2023 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab İsmayıl Abazəliyevə Cəlilabad rayon məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-(073)-801/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi 01 vərəqədə Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1357/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1357/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver