Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1358/2025 06.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hüseyqulu oğluna qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Hüseyqulu oğluna qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh Hüseyqulu oğlundan xx.xx.2021-ci il tarixli, BBUM4423907 saylı kredit müqaviləsinə əsasən 443.29 (dörd yüz qırx üç manat iyirmi doqquz qəpik) manat əsas, 47.80 (qırx yeddi manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 491.09 (dörd yüz doxsan bir manat doqquz qəpik) manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, BUMM5816894A299 saylı kredit müqaviləsinə əsasən 114.75 (bir yüz on dörd manat yetmiş beş qəpik) manat əsas, 9.26 ( doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 124.01 (bir yüz iyirmi dörd manat bir qəpik) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Hüseyqulu oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBUM4423907A108 saylı Kredit müqaviləsinə əsasən ona 500 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh Hüseyqulu oğlu arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM5816894A299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 836 AZN məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, BBUM4423907A108 saylı kredit müqaviləsinə əsasən 443.29 AZN əsas; 47.80 AZN faiz borcu olmaqla; cəmi 491.09 AZN borcu, xx.xx.2022-ci il tarixli, BUMM5816894A299 saylı kredit kartına dair müqaviləyə əsasən 114.75 AZN əsas; 9.26 AZN faiz borcu olmaqla; cəmi 124.01 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, BBUM4423907A108 saylı kredit müqaviləsindən görünür ki, iddaçı Bank tərəfindən Cavabdeh Hüseyqulu oğluna 500 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, BUMM5816894A299 saylı kredit müqaviləsindən görünür ki, iddaçı Bank tərəfindən Cavabdeh Hüseyqulu oğluna 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 836 AZN məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh Hüseyqulu oğlunun iddiaçı cəmiyyətə xx.xx.2025-ci il tarixə xx.xx.2021-ci il tarixli, BBUM4423907A108 saylı kredit müqaviləsinə əsasən 443.29 manat əsas borc, 47.8 manat faiz borcu olmaqla, cəmi 491.09 manat; xx.xx.2022-ci il tarixli, BUMM5816894A299 saylı kredit müqaviləsinə əsasən 114.75 manat əsas borc, 9.26 manat faiz borcu olmaqla, cəmi 124.01 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə barəsində qanunverciliyə uyğun tədbir görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Hüseyqulu oğlundan xx.xx.2021-ci il tarixli, BBUM4423907 saylı kredit müqaviləsinə əsasən 443.29 (dörd yüz qırx üç manat iyirmi doqquz qəpik) manat əsas borc, 47.80 (qırx yeddi manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 491.09 (dörd yüz doxsan bir manat doqquz qəpik) manat pulun; xx.xx.2022-ci il tarixli, BUMM5816894A299 saylı kredit müqaviləsinə əsasən 114.75 (bir yüz on dörd manat yetmiş beş qəpik) manat əsas, 9.26 ( doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 124.01 (bir yüz iyirmi dörd manat bir qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-1358/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1358/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver