Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-143/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 manat zərər məbləğinin və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 manat zərər məbləğinin və ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2644/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə iddiaçının iştirakı olmadan baxılaraq iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:45 radələrində Biləsuvar-Mingəçevir yolunun 49-cu kilometrliyi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz S350 minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Chevrolet Niva GLC minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 maddi ziyan dəymişdir. “Mercedes Benz S350 minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanh avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta müqaviləsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Chevrolet Niva” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2000 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı sənədinə əsasən 2000 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Cəbrayıl rayonu YPX-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNHnin təfərrüatları barədə arayışdan göründüyü kimi, Miriyev X3 Xətalar Məcəlləsinin 332.1ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Belə ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 manat zərər məbləğinin və ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə iddiaçının nümayəndəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İcrabari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz S350” markalı, **-RM-*** dövlət qeydiyyat nişanh avtomobil "xxxx" ASC Sığorta Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər PXA********** saylı icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan “AutoBox” avtomobil servis tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 3699 saylı qiymətləndirmə aktından görünür ki, “Chevrolet Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 2000 manat müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 8881 saylı ödəniş tapşırığından görünür ki, PXA98287 saylı sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X2 2000 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hazırki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq "xxxx" ASC tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:45 radələrində Biləsuvar-Mingəçevir yolunun 49-cu kilometrliyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz S350 minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Chevrolet Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 maddi ziyan dəymişdir. “Mercedes Benz S350” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta müqaviləsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “Chevrolet Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2000 manat zərər dəymişdir. Cəbrayıl RPŞ YPX-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Miriyev X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Bununla əlaqədar olaraq təhviltəslim aktı tərtib edilməklə sığorta şəhadətnaməsində və müqavilədə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı sənədinə əsasən 2000 manat sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən X1 bank hesabına ödənilmişdir. Hazırda iddiaçının cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 2666.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 2666.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2000 manat alınaraq "xxxx" ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2000 (iki min) manat və dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat məbləğində pul vəsaitləri alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-143/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-143/2025
31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver