Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1438/2023 20.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı xxxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 1924,87 manat məbləğində əsas borcu, 22 yanvar 2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 525,98 manat məbləğində adi faiz borcu, 22 yanvar 2023 cü il tarixdən 19 iyun 2023 cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanmış 128,94 manat məbləğində zərərin əvəzi, 19 iyun 2023-cü il tarixinə qədər vaxtı keçmişəsas borc məbləğinə ilik 15 % dərəcəsi ilə hesablanmış 358,55 manat məbləğində penya, cəmi 2938,34 manat və 19 iyun 2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablama penya və ərizənin verilməsinə görə 49,39 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxxnın nümayəndəsi Ç.N.Dilbirov məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, 22 yanvar 2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 1924,87 manat məbləğində əsas borcu, 22 yanvar 2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% dərəcəsi ilə hesablanmış 444,22 manat məbləğində adi faiz borcu, 22 yanvar 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixinə kimi vaxtı keçmişəsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanmış 218,76 manat məbləğində zərərin əvəzi, 04 oktyabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 442,76 manat məbləğində penya, cəmi 3030,61 manat və 04 oktyabr 2023-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablama penya və ərizənin verilməsinə görə 50,31 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Ç.N.Dilbirov məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı iddianı əsaslandıraraq göstərmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 16% (on altı faiz) ödənilməsi şərtilə, 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin verilməsi müddətinin bitdiyi tarixə, yəni 22 yanvar 2023-cü il tarixinə kredit üzrəəasə borc məbləğinin tam şəkildə banka qaytarmamış vəəsas borc məbləğində hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alanın kreditor qarşısında gecikdirilmişümumi borcu 2450,85 manat olmuşdur ki, bunun da 1924,87 manatı vaxtı keçmişəsas borc, 525,98 manatı isə hesablanmış vəödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditləşmə müddətinin bitdiyi 22 yanvar 2023-cü il tarixindən sonra cavabdeh banka ümumilikdə 180 manat məbləğindəödəniş etmişdir ki, bunda 80 manat faiz borcunun, 100 manat isə vaxtı keçmişəsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. Bundan əlavə Cavabdeh kredit üzrəəsasə borc məbləğinin ödənilməsinin gecikdirilməsi iləəlaqədar olaraq banka kredit müqaviləsinin 5.2ci bəndinə əsasən vaxtıkeçmişəsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi iləpenya da ödəməlidir ki, 19 iyun 2023-cü il tarixinə bu məbləğ 358,55 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzrəinə götürdüyü öhdəliklərin kobud şəkiləd pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 20 avqust 2021-ci il tarixli 373 nömrəli, 14 sentyabr 2021-ci il tarixli 404 nömrəli, 04 oktyabr 2021-ci il tarixli 437 nömrəli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstutisiyası Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir.” Yuxarıda qeyd edilənləri nəzərə alınaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda. Azərbaycan Respublikası Mərkəzi Bankının kapitalının və onun adekvatlığının hesablanması Qaydaları tələbindən irəli gələrək istehlak kerditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutadad verilmiş istehlak kteditlərinin illik faiz 19% təşkil etməyinə baxmayaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 22 yanvar 2023 cü il tarixdən 04 oktyabr 2023 cü il tarixə kimi habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldəçıxmış faydanın hesablanmasında krdit müqaviləsində nəzərdə tutulmuş 16 % əldə rəhbər tutmağıəsaslə hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək olan dövr üçün bu məbləğ 218,76 manat təşkil edir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı xxxx ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli DKM/**********31821 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 16 faiz olmaqla 3000 (üç min) manat kredit verilmişdir. İşdə olan xxxx ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli DKM/**********31821 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 yanvar 2021-ci ildən 22 yanvar 2023-cü ilədək hər ay davamlı olaraq ödəniş qrafikində nəzərdə tutulmuş qaydada aylıq ödənişləri ödəməklə, cəmi 3525,34 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış 20 avqust 2021-ci il tarixli, 373 saylı, 14 sentyabr 2021-ci il tarixli, 404 saylı və 04 oktyabr 2021-cil tarixli, 437 saylı xəbərdarlıqlardan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 16 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı bank tərəfindən 49,39 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 04 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı bank tərəfindən 0,92 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,iddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 16% (on altı faiz) ödənilməsi şərtilə, 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.1-ci bəndinəəsasən müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin verilməsi müddətinin bitdiyi tarixə, yəni 22 yanvar 2023-cü il tarixinə kredit üzrəəasə borc məbləğinin tam şəkildə banka qaytarmamış vəəsas borc məbləğində hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 2450,85 manat olmuşdur ki, bunun da 1924,87 manatı vaxtı keçmişəsas borc, 525,98 manatı isə hesablanmış vəödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditləşmə müddətinin bitdiyi 22 yanvar 2023-cü il tarixindən sonra cavabdeh banka ümumilikdə 180 manat məbləğində ödəniş etmişdir ki, bunda 80 manat faiz borcunun, 100 manat isə vaxtı keçmişəsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. Bundan əlavə Cavabdeh kredit üzrəəsasə borc məbləğinin ödənilməsinin gecikdirilməsi iləəlaqədar olaraq banka kredit müqaviləsinin 5.2ci bəndinəəsasən vaxtı keçmişəsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi iləpenya da ödəməlidir ki, 19 iyun 2023-cü il tarixinə bu məbləğ 358,55 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzrəinə götürdüyüöhdəliklərin kobud şəkiləd pozulması iləəlaqədar olaraq sonuncu ilə bir neçə dəfəəlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 20 avqust 2021-ci il tarixli 373 nömrəli, 14 sentyabr 2021-ci il tarixli 404 nömrəli, 04 oktyabr 2021-ci il tarixli 437 nömrəli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın 442,76 manat məbləğində penya tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankında əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 442,76 manatdan azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, iddianın 22 yanvar 2023-cü tarixdən əsasborcməbləğinin tam şəkildə qaytarıldığı 04 oktyabr 2023-cu il tarixinə qədər illik 16 % (altı faiz) dərəcəsi ilə hesablanmış 218,76 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin cavabdehdən tutulması hissəsi təmin olunmamalıdır. Belə ki, iddiaçı bank cavabdeh tərəfindən həmin krediti banka faktiki qaytarma tarixinədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı məhkəmə tərəfindən mülki iş materiallarında hər hansı bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 22 yanvar 2021-ci il tarixli DKM-**********31821 nömrəli kredit müqaviləsi üzrə 1924,87 manat məbləğində əsas borcu, 22 yanvar 2023-cü il tarixinə kimi illik 16 % (altı faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 444,22 manat məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, 04 oktyabr 2023-cu il tarixinə qədər hesablanmış 100 manat məbləğində penya olmaqla, cəmi 2469,09 manat borc alınıb iddiaçı xxxxna verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50,31 manat dövlət rüsumunun 49,39 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 22 yanvar 2021-ci il tarixli, DKM-**********31821 nömrəli kredit müqaviləsi üzrə 1924,87 (bir min doqquz yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində əsas borcu, 22 yanvar 2023-cü il tarixinə kimi illik 16 % (altı faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 444,22 (dörd yüz qırx dörd manat iyirmi iki qəpik) manat məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borcu, 04 oktyabr 2023-cu il tarixinə qədər hesablanmış 100 (bir yüz) manat məbləğində penya olmaqla, cəmi 2469,09 (iki min dörd yüz altmış doqquz manat doqquz qəpik) manat borc və 49,39 (qırx doqquz manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı xxxxna verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad RayonMəhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindənşikayətverilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1438/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1438/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver