Məhkəmə qərarları › İş №e-2(073)-148/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-148/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-148/2025 28.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3361,36 manat əsas, 190, 94 manat faiz, 19,37 manat məbləğində cərimə olmaqla cəmi 3571,67 manat məbləğində borcun və 55,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx"ASC-yə ödənilməsi tələbi barədə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3361,36 manat əsas, 190, 94 manat faiz, 19,37 manat məbləğində cərimə olmaqla cəmi 3571,67 manat məbləğində borcun və 55,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx"ASC-yə ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2024-cü il tarixli, GL0019551-2024 saylı kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətində, illik 48 % ödəmək şərti ilə 3376 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh2 ilə iddiaçı arasında 17 may 2024-cü il tarixdə bağlanmış ZM1-CL0019551-2024 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin kimi kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödənilməli olan kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Belə ki, Cavabdeh1 iddiaçı "xxxx"ASC-dən götürdüyü 3376 manat məbləğində kredit borcundan əsas məbləğ üzrə 14,64 manat faiz borcundan isə 135,36 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən də cavabdehlərin iddiacıya ödənilməmiş 3361,36 manat əsas, 190,94 manat faiz və 19,37 manat məbləğində cərimə borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehərə rəsmi müraciət olunmasına tərəflərində məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2024-cü il tarixli, CL0019551-2024 saylı kredit müqaviləsindən görünür ki, "xxxx"ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 48 faiz olmaqla 3376 manat məbləğində kredit hesablanmışdır. İşdə olan 17 may 2024-cü il tarixdə bağlanmış ZM1-CL0019551-2024 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış 17 may 2024-cü il tarixli, CL0019551-2024 saylı çərçivə kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan 11 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 03 sentyabr 2024-cü il tarixə 3376 manat məbləğində kredit borcundan əsas məbləğ üzrə 14,64 manat faiz borcundan isə 135,36 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən də cavabdehlərin iddiacıya ödənilməmiş 3361,36 manat əsas, 190,94 manat faiz və 19,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3571,67 manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 11 sentyabr 2024-cü il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 55,72 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə"xxxx"ASC arasında bağlanmış 17 may 2024-cü il tarixli, CL0019551-2024 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 3376 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməsi barədəöhdəlik götürsə də, o, götürdüyü öhdəliyi və eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh2 ilə iddiaçı arasında 17 may 2024-cü il tarixdə bağlanmış ZM1-CL0019551-2024 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin kimi kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə dair öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdeh X1 iddiaçı banka 03 sentyabr 2024-cü il tarixə 3376 manat məbləğində kredit borcundan əsas məbləğ üzrə 14,64 manat faiz borcundan isə 135,36 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən də cavabdehlərin iddiaçıya ödənilməmiş 3361,36 manat əsas, 190,94 manat faiz və 19,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3571,67 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan 17 may 2024-cü il tarixdə bağlanmış ZM1-CL0019551-2024 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış 17 may 2024-cü il tarixli, CL0019551-2024 saylı çərçivə kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3361,36 manat əsas borc, 190,94 manat faiz borcu, 19,37 manat cərimə borcu olmaqla, cəmi 3571,67 manat borc və 55,72 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3361,36 (üç min üç yüz altmış bir manat otuz altı qəpik) manat əsas borc, 190,94 (bir yüz doxsan manat doxsan dörd qəpik) manat faiz borcu, 19,37 (on doqquz manat otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3571,67 (üç min beş yüz yetmiş bir manat altımış yeddi qəpik) manat borc və 55,72 (əlli beş manat yetmiş iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar