Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1481/2025 14.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı Ləvğ prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsiı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan (LPO) İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2504 (iki min beş yüz dörd) ABŞ dolları əsas, 629.14 (altı yüz iyirmi doqquz dollar on dörd sent) ABŞ dolları faiz, 2812.96 (iki min səkkiz yüz on iki dollar doxsan altısent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.95 (üç yüz altmış doqquz dollar doxsan beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.316,05 (altı min üç yüz on altı dollar beş sent) ABŞ dolları borcun və iş üzrə ödənilmiş 122.21 (bir yüz iyirmi iki manat iyirmi bir qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmirbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 17 fevral 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 28 (iyimi səkkiz) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 440005956/ZM saylı17 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* saylı 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə 13 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8.857.32 (səkkiz min səkkiz yüz əlli yeddi dollar otuz iki sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.200.36 (altı min iki yüz dollar otuz altısent) ABŞ dolları əsas borc, 2.529.73 (iki min beş yüz iyirmi doqquz dollar yetmiş üç sent) ABŞ dolları faiz borcu və 127.23 (bir yüz iyirmi yeddi dollar iyirmi üç sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 6.316,05 ABŞ dolları təşkil edir. Bundan 2.504 ABŞ dolları əsas, 629.14 ABŞ dolları faiz, 2.812.96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.95 ABŞ dolları faiz borcu təşkil edir. Hal-hazırda cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişlər. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə göndərmiş, müqavilənin 2015-ci ildə bağlandığını nəzərə alaraq üç illik iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı17 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 28 (iyimi səkkiz) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ********* saylı 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə 13 aprel 2017ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6.200,36 (altı min iki yüz ABŞ dolları 36 sent) ABŞ dolları əsas borc, 2.529,73 (iki min beş yüz iyirmi doqquz ABŞ dolları 73 sent) ABŞ dolları faiz borcu və 127,23 (bir yüz iyirmi yeddi aBş dolları 23 sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 8.857.32 (səkkiz min səkkiz yüz əlli yeddi dollar otuz iki sent) ABŞ dolları məbləğində vəsait ödəniş müddəti xx.xx.2022-ci il tarixədək uzadılmaqla restrukturizasiya edilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 440005956/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış ********* saylı 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi öhdəliklərini tamamilə icra etməsi üçün öhdəlik götürmüşlər. İşdə olan ********* saylı 17 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə 13 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Sazişdən görünür ki, zaminlik müqaviləsinin digər şərtləri qüvvəsində saxlanılmaqla müqavilə müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, ********* saylı 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı Banka xx.xx.2025-ci il tarixinə iddiaçı Banka olan borcu 2504 (iki min beş yüz dörd) ABŞ dolları əsas, 629.14 (altı yüz iyirmi doqquz dollar on dörd sent) ABŞ dolları faiz, 2812.96 (iki min səkkiz yüz on iki dollar doxsan altısent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.95 (üç yüz altmış doqquz dollar doxsan beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.316,05 (altı min üç yüz on altı dollar beş sent) ABŞ dollarından ibarətdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 122.21 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 17 fevral 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 28 (iyimi səkkiz) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 440005956/ZM saylı 17 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. 13 aprel 2017-ci il tarixdə 01 nömrəli X1 Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6.200,36 (altı min iki yüz ABŞ dolları 36 sent) ABŞ dolları əsas borc, 2.529,73 (iki min beş yüz iyirmi doqquz ABŞ dolları 73 sent) ABŞ dolları faiz borcu və 127,23 (bir yüz iyirmi yeddi aBş dolları 23 sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 8.857.32 (səkkiz min səkkiz yüz əlli yeddi dollar otuz iki sent) ABŞ dolları məbləğində vəsait ödəniş müddəti xx.xx.2022-ci il tarixədək uzadılmaqla restrukturizasiya edilmişdir, habelə zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Hal-hazırda borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edirlər. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı tələb irəli sürmədiyi halda xitam verilir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 440005956/ZM saylı zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan ********* saylı 17 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 13 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Sazişin 1.2-ci bəndindən görünür ki, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir. Həmin Sazişin 2.3-cü bəndindən görünür ki, bu əlavə Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Göründüyü kimi, iddiaçı Bank Cavabdeh3 və Cavabdeh2 qarşı iddia irəli sürmək hüquqnu xx.xx.2023-cü ildən sonra itirmişdir ki, bu halda məhkəmə öz təşəbbüsü ilə hazırki iddia tələbinə kəsici müddətlər barədə müddəaları tətbiq etməlidir. Məhkəmə iddanın cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borcluları əlverişsiz vəziyyətə salır. Borclular əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədikləri halda əlavə olaraq onlara qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditiorun da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cərimənin azaldılaraq 200 ABŞ dolları həddində müəyyən edilməsini həm kreditorun, həm də borcluların mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin müddəti bitikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tələbinə dair hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 82.95 manat hissəsi Cavabdeh1 aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2504 (iki min beş yüz dörd) ABŞ dolları əsas, 629.14 (altı yüz iyirmi doqquz dollar on dörd sent) ABŞ dolları faiz borcu və 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.95 (üç yüz altmış doqquz dollar doxsan beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3703.09 (üç min yeddi yüz üç dollar doqquz sent) ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla Azərbaycan manatına qarşılığıvə 82.95 (səksən iki manat doxsan beş qəpik) manat dövlət rüsumu alınıb iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1481/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1481/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver