Məhkəmə qərarları › İş №e-2(073)-1523/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1523/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1523/2024 25.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 oğuna qarşı müştərək qaydada 21 oktyabr 2019-cu il tarixli, ***-*******NK211019-01 saylı kredit müqaviləsi üzrə 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, 0.08 manat borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 170.66 manat faiz borcu olmaqla, cəmi 2533.71 manat borcun və 45.34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 oğundan qarşı müştərək qaydada 21 oktyabr 2019-cu il tarixli, ***-*******NK211019-01 saylı kredit müqaviləsi üzrə 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, 0.08 cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 170.66 manat faiz borcu olmaqla, cəmi 2533.71 manat borcun və 45.34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, ***-*******NK211019-01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 23 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməsi barədə öhdəlik götürsə də, o, götürdüyü öhdəliyi yerinə götürməmişdir. Nəticədə Cavabdeh2nın iddiaçı banka 13 noyabr 2023-cü il tarixə 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, 0.08 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 170.66 manat faiz borcu olmaqla, cəmi 2533.71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2019cu il tarixli, ***-*******NK211019-01 kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Elvin Lalayevə 24 ay müddətinə illik 23 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******NK211019/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 21 oktyabr 2019-cu il tarixli, ***-*******NK211019-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 21 oktyabr 2019-cu il tarixli, ***-*******NK211019-01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarxdən xx.xx.2021-ci il tarixə kimi hər ay 104.75 manat, sonuncu ay isə 113.16 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2nın iddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 170.66 manat faiz borcu olmaqla, cəmi 2533.71 manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 45.32 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, ***-*******NK211019-01 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 23 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. 21 oktyabr 2019-cu il tarixli, ***- *******NK211019-01 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən xx.xx.2019-cu il tarxdən xx.xx.2021-ci il tarixə kimi hər ay 104.75 manat, sonuncu ay isə 113.16 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan banka ödəniş edilməmişdir. Nəticədə Cavabdeh2nın iddiaçı banka 13 noyabr 2023-cü il tarixə 1660.58 manat əsas borcun, 702.39 manat faiz borcunun, 0.08 manat cərimə borcunun, 170.66 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış məbləğin, cəmi 2533.71 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 0.08 manat cərimənin azaldılaraq 50 ABŞ dolları müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda iddianın Cavabdeh2 tələb olunan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 170.66 manat borcun tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) Cavabdeh2 münasibətdə hesablanmış 170.66 manat faiz borcu azaldılmalıdır. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 170.66 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42.18 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21 oktyabr 2019-cu il tarixli, ***- *******NK211019-01 saylı kredit müqaviləsi üzrə 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, 0.08 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 100 manat faiz borcu olmaqla, cəmi 2463.05 manat borcun və 42.18 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar