Məhkəmə qərarları › İş №e-2(073)-1581/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1581/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1581/2023 16.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 saylı kredit müqaviləsi üzrə 370.53 manat əsas borc, 145.62 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 44.60 manat faiz borcu olmaqla, cəmi 560.75 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 saylı kredit müqaviləsi üzrə 370.53 manat əsas borc, 145.62 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 44.60 manat faiz borcu olmaqla, cəmi 560.75 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 22 faiz olmaqla 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməsi barədə öhdəlik götürsə də, o, götürdüyü öhdəliyi yerinə götürməmişdir. Nəticədə Cavabdeh iddiaçı banka 11 aprel 2023-cü il tarixə 370.53 manat əsas borc, 145.62 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 44.60 manat faiz borcu olmaqla, cəmi 560.75 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Elvin Lalayevə 18 ay müddətinə illik 22 faiz olmaqla 1000 manat məbləğində kredit verilmişdir. İşdə olan 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 may 2019-cu il tarxdən 20 oktyabr 2020-ci il tarixə kimi hər ay 65,73 manat, sonuncu ay isə 66,05 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 370.53 manat əsas borc, 145.62 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 44.60 manat faiz borcu olmaqla, cəmi 560.75 manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 30 faiz olmaqla 3500 manat məbləğində kredit verilmişdir. 19 aprel 2019-cu il tarixli, ***- *******NK180419-01 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən 23 sentyabr 2013-cü ildən 22 fevral 2015-ci il tarixə kimi hər ay 244,01 manat, sonuncu ay isə 243,35 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan banka ödəniş edilməmişdir. Nəticədə Cavabdeh iddiaçı banka 08 iyun 2021-ci il tarixə 379,60 manat əsas borcun, 243,92 manat faiz borcunun, 113,30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış məbləğin, 174,54 manat cərimənin olmaqla, cəmi 911,36 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 69.76 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 aprel 2019-cu il tarixli, ***-*******NK180419-01 saylı kredit müqaviləsi üzrə 370.53 manat əsas borc, 145.62 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 44.60 manat faiz borcu olmaqla, cəmi 560.75 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar