Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1612/2024 17.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-yə məxsus olan “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9500 manat məbləğində maddi ziyan və 110 manat dövlət rüsumu olmalq, ümumilikdə 9610 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azevrocar” MMC-yə məxsus olan “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9500 manat məbləğində maddi ziyan və 110 manat dövlət rüsumu olmalq, ümumilikdə 9610 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Ələkbər Fərəcov məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 iddianı əsaslandıraraq göstərmişdir ki, 27 iyul 2015-ci tarixdə saat 21:30 radələrində Cavabdeh idarə etdiyi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olan və lizinq alan X2 müvəqqəti istifadə və sahibliyinə verilmiş “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 97-ci kmdə hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə avtomobil aşaraq istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində tam yararsız vəziyyətə düşmüş mülkiyyət hüququ ilə Azevrocar” MMC-yə məxsus olan “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2015-ci il tarixdə iddiaçı təşkilatın müvəqqəti duracağına yerləşdirilmişdir. Lizinq obyekti duracağa yerləşdirildikdən sonra lizinq alan X4 qarşı iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 22 oktyabr 2020-ci il tarixli, 2(036)- 134/2020 saylı qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 10276,33 manat məbləğində borcun tutulması qət edilmişdir. Cavaddeh tərəfindən verilmiş apellyasiya şikayəti zamanı lizinq obyektinin X6 tərəfindən yox, başqa şəxs tərəfindən idarə edilərkən tam yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(106)-1209/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən ümumilikdə 1658,55 manat gecikdirilmiş lizinq ödənişinin tutulması qət edilmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı toplanmış sənədlərin təqdim edilməsi ilə bağlı aidiyyatı orqanlara ünvanlanmış sorğulara 04 aprel 2024-cü il tarixdə verilmiş cavab məktubu əsasında müəyyən edilmişdir ki, avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yararsız vəziyyətə düşmüşdür. Yol nəqliyyat hadiəsis zamanı “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 9500 manatdır. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli, **********402700 saylı çıxarışdan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi, ev yol 4 olan İddiaçı 02 sentyabr 2011-ci il tarixdə Dövlət qeydiyyatına alınmış, İddiaçı nizamnamə kapitalının miqdarı (ödənilmiş) 10,00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1 faiz və İddiaçı 99 faiz olmaqla, qanuni təmsilçi X3r. İşdə olan İmişli rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(036)-134/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə, cavabdeh X1 ümumilikdə 10246,33 manat məbləğində lizinq borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(106)- 1209/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, İmişli rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(036)-134/2020 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə ilə cavabdeh X1 yalnız 1658,55 manat gecikdirilmiş lizinq ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 manat tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan “KHAZAR” servis tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 1812/829 saylı aktdan görünür ki, 2013-cü il buraxılışlı “Runna Rana” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə yerində ümumi texniki baxış zamanı avtomobilin tam yararsız olması müəyyən edilmiş və həmin avtomobilin normal vəziyyətdə Respublikadaxili pərakəndə orta satış qiyməti təxminən 9500 manat təşkil edir. İşdə olan 15 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 110 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, 27 iyul 2015-ci tarixdə saat 21:30 radələrində Cavabdeh idarə etdiyi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olan və lizinq alan X2 müvəqqəti istifadə və sahibliyinə verilmiş “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 97-ci kmdə hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə avtomobil aşaraq istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində tam yararsız vəziyyətə düşmüş mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olan “Runna” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 avqust 2015-ci il tarixdə iddiaçı təşkilatın müvəqqəti duracağına yerləşdirilmişdir. Lizinq obyekti duracağa yerləşdirildikdən sonra lizinq alan X4 qarşı iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 22 oktyabr 2020-ci il tarixli, 2(036)-134/2020 saylı qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 10246,33 manat məbləğində borcun tutulması qət edilmişdir. Cavaddeh tərəfindən verilmiş apellyasiya şikayəti zamanı lizinq obyektinin X6 tərəfindən yox, başqa şəxs tərəfindən idarə edilərkən tam yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(106)-1209/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən ümumilikdə 1658,55 manat gecikdirilmiş lizinq ödənişinin tutulması qət edilmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı toplanmış sənədlərin təqdim edilməsi ilə bağlı aidiyyatı orqanlara ünvanlanmış sorğulara 04 aprel 2024-cü il tarixdə verilmiş cavab məktubu əsasında müəyyən edilmişdir ki, avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yararsız vəziyyətə düşmüşdür. Yol nəqliyyat hadiəsis zamanı “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 9500 manatdır. Bununla əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, cavabdehə edilən xəbərdarlıqlar cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı təşkilata borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh İddiaçı MMC-yə məxsus olan “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9500 manat məbləğində maddi ziyan alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 110 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə məxsus olan “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9500 (doqquz min beş yüz) manat məbləğində maddi ziyan və 110 (bir yüz on) manat dövlət rüsumu olmaqla, ümumilikdə 9610 (doqquz min altı yüz on) manat pul vəsaitinin alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1612/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1612/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver