Məhkəmə qərarları › İş №e-2(073)-1626/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1626/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1626/2025 28.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, Açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9387,58 manat əsas kredit borcu, 189,79 manat kreditdən istifadəyə görə faiz borcu, 5,44 manat cərimə borc olmaqla, cəmi 9582,81 manat borcun, həmçinin 115,83 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə bağlanmış 15 may 2024-cü il tarixli, 33150***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditin son icra müddəti isə 15 may 2034-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə bağlanmış 15 may 2024-cü il tarixli 33150***-*******01L saylı əsas Kredit limit razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq 15 may 2024-cü il tarixli SMS razılaşmasına əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16,5 % faiz dərəcəsi ilə (aylıq ödəniş 389,65 manat olmaqla hər ayın 15-dək ödənilmək şərti ilə) 11000 manat məbləğində kredit verilmişdir. Lakin, kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyən Cavabdeh İddiaçı ASC-yə 18 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən 9387,58 manat əsas kredit borcu, 189,79 manat faiz borcu, 5,44 manat cərimə borc olmaqla, cəmi 9582,81 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindəyik. Bu səbəbdən məhkəməyə müraciət edilməsizəruriyəti yaranmışdır. İddia ərizəsi tərtib edilərkən Əsas kredit limit müqaviləsindən, sms mətndən, maliyyə arayışından, hesabdan çıxarışdan, şəxsiyyət vəsiqəsindən və sairə sənədlərdən istifadə edilmişdir. Buna görə də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 9387,58 manat əsas kredit borcu, 189,79 manat kreditdən istifadəyə görə faiz borcu, 5,44 manat cərimə borc olmaqla, cəmi 9582,81 manat borcun, həmçinin 115,83 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2024-cü il tarixli, 33150***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmadan görünür ki, iddiaçı Bank cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 29 % şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayırmışdır. İşdə olan Bank Respublika” ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2024-cü il tarixli, 33150***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmadan görünür ki, 15 may 2024-cü il tarixli SMS razılaşmasına əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16,5 % faiz dərəcəsi ilə (aylıq ödəniş 389,65 manat olmaqla hər ayın 15dək ödənilmək şərti ilə) 11000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı Bank tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 18 aprel 2025-ci il tarixə İddiaçı ASC-yə 9387,58 manat əsas kredit borcu, 189,79 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 5,44 manat cərimə borcu olmaqla, cəmi 9582,81 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış 21 yanvar 2025-ci il tarixli pretenziyadan görünür ki, Bank cavabdehdən 18 aprel 2025-ci il tarixə yaranmış 9387,58 manat əsas kredit borcu, 189,79 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 5,44 manat cərimə borcu olmaqla, cəmi 9582,81 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 25 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 115,83 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə bağlanmış 15 may 2024-cü il tarixli, 33150***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditin son icra müddəti isə 15 may 2034-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə bağlanmış 15 may 2024-cü il tarixli 33150***-*******01L saylı əsas Kredit limit razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq 15 may 2024-cü il tarixli SMS razılaşmasına əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16,5 % faiz dərəcəsi ilə (aylıq ödəniş 389,65 manat olmaqla hər ayın 15-dək ödənilmək şərti ilə) 11000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 18 aprel 2025-ci il tarixə İddiaçı ASC-yə 9387,58 manat əsas kredit borcu, 189,79 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 5,44 manat cərimə borcu olmaqla, cəmi 9582,81 manat borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh kredit limiti razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vArdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmAqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehdən tutulmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh əsas kredit limiti razılaşması üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı Banka hazırkı borc yaranmışdır. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 may 2024cü il tarixli, 33150***-*******01L saylı Əsas kredit limit razılaşması üzrə Cavabdeh 9387,58 manat əsas kredit borcu, 189,79 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 5,44 manat cərimə borcu olmaqla, cəmi 9582,81 manat borc alınıb İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə Aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 115,83 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 9387,58 (doqquz min üç yüz səksən yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, 189,79 (bir yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat faiz borcu, 5,44 (beş manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 9582,81 (doqquz min beş yüz səksən iki manat səksən bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115,83 (bir yüz on beş manat səksən üç qəpik) manat alınıb İddiaçı ASCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar