Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1627/2024 02.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi X4 qarşı borcun və 69.40 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi X4 qarşı 4939.37 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 4939.38 manat borcun və 69.40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC- ilə cavabdeh X6 arasında 10 mart 2022-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə illik 21 faz olmaqla, 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, AZ İİ 304803 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalından əldə olunan məlumata əsasən X3 vəfatından sonra Bakı şəhəri 45 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixli, 233 nömrə ilə qeyd olunan notariat ofisinə ünvanlandığı sorğusuna cavab olaraq, xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmışdır və X3 vərəsəsi Cəlilabad rayonu, Eçara kəndində qeydiyyatda olan X5 olduğu müəyyən edilmişdir. Beləliklə də 10 mart 2022-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsi üzrə 4939.37 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 4939.38 manat borcun və 69.40 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan 10 mart 2022-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X6 na "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 21 faiz olmaqla 6000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, saylı kredit müqaviləsi üzrə cavabdeh X3 iddiaçı cəmiyyətə 4939.37 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 4939.38 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli, AZ İİ 304803 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan 20 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, mərhum X3 vərəsəsinin ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə, 2V-42 reyster nömrəsi ilə V104-2022 saylı Vərəsəlik işi açılmışdır. İşdə olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, mərhum X3 vərəsəsi X5 müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdeh X3 vərəsəsi X2 yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli AsanPay elektron ödəniş portalından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 69.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 69.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 vərəsəsi X2 4939.37 manat əsas borcu, 0.01 manat faiz borcu olmaqla, cəmi 4939.38 manat borcun və 69.40 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1627/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1627/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver