Məhkəmə qərarları › İş №e-2(073)-1685/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1685/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1685/2024 24.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı İddiaçı ASC-nin Cəlilabad filialı ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqavilə üzrə Hünbətov Rasim Vəlixan oğlunun Banka olan 14332,52 manat əsas borcu, 284,27 manat faiz borcu, 1169,76 manat cərimə borcu olmaqla, cəmi 15786,55 manat məbləğində borcun və ödənilmiş 137,36 manat məbləğində dövlət rüsumunun cavabdehlər (zaminlər) Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqavilə üzrə Hünbətov Rasim Vəlixan oğlunun Banka olan 14332,52 manat əsas borcu, 284,27 manat faiz borcu, 1169,76 manat cərimə borcu olmaqla, cəmi 15786,55 manat məbləğində borcun və ödənilmiş 137,36 manat məbləğində dövlət rüsumunun cavabdehlər (zaminlər) Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Hünbətov Rasim Vəlixan oğlu, İddiaçı ASC, X2 və Cavabdeh3 arasında 03 mart 2023-cü il tarixli, İK- 136152/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC-nin Cəlilabad filialının Kredit Komitəsinin 14 avqust 2023-cü il tarixli protokoluna əsasən X2 zaminlikdən çıxmış, yeni zaminlər Cavabdeh2 və Cavabdeh1 ilə 14 avqust 2023-cü il tarixli, İK-136152/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. X7 Vəlixan oğlunun 06 may 2024-cü il tarixinə TuranBank ASC-yə 14332,52 manat əsas, 284,27 manat faiz, 1169,76 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 15786,55 manat təşkil edir. Hünbətov Rasim Vəlixan oğlu 02 aprel 2024-cü ildə vəfat etmişdir. Şəxsin vəfatından sonra vərəsəlik işi açılmamışdır. Bunun üçün də borc məbləği zaminlərdən tələb edilməlidir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 17 faiz olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalanın bank qarşısında öhədlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin olan şəxs və ya şəxlər bank qarşısında boraclan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Qeyd edilənlərin nəzərə alınaraq İddiaçı ASC-nin Cəlilabad filialı ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqavilə üzrə Hünbətov Rasim Vəlixan oğlunun Banka olan 14332,52 manat əsas borcu, 284,27 manat faiz borcu, 1169,76 manat cərimə borcu olmaqla, cəmi 15786,55 manat məbləğində borcun və ödənilmiş 137,36 manat məbləğində dövlət rüsumunun cavabdehlər (zaminlər) Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bank ilə Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Hünbətov Rasim Vəlixan oğluna illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank ilə Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Hünbətov Rasim Vəlixan oğlu 03 aprel 2023-cü il tarixdən 03 mart 2026-cı il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 25670,01 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsi üzrə Hünbətov Rasim Vəlixan oğlunun öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşdə olan iddiaçı bankla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, İK-136152/23 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsi üzrə Hünbətov Rasim Vəlixan oğlunun öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan 03 mart 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh Hünbətov Rasim Vəlixan oğlu kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 20000 manat məbləğində krediti 03 mart 2023-cü il tarixdə İddiaçı ASC-nin Cəlilabad filialından almışdır. İşdə olan 22 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 137,76 manat dövlət rüsumu ödəmişdir. İşdə olan pretenziyadan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişlər. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 406836 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hünbətov Rasim Vəlixan oğlu 02 aprel 2024-cü il tarixdə “dəqiqləşdirilməmiş kəskin miokard infarkt” səbəbilə vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 aprel 2024-cü il tarixli, 289 nömrəli qeyd aparılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Hünbətov Rasim Vəlixan oğlu, İddiaçı ASC, X2 və Cavabdeh3 arasında 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC-nin Cəlilabad filialının Kredit Komitəsinin 14 avqust 2023-cü il tarixli protokoluna əsasən X2 zaminlikdən çıxmış, yeni zaminlər Cavabdeh2 və Cavabdeh1 ilə 14 avqust 2023-cü il tarixli, İK-136152/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. X7 Vəlixan oğlunun 06 may 2024-cü il tarixinə TuranBank ASC-yə 14332,52 manat əsas, 284,27 manat faiz, 1169,76 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 15786,55 manat təşkil edir. Hünbətov Rasim Vəlixan oğlu 02 aprel 2024-cü ildə vəfat etmişdir. Şəxsin vəfatından sonra vərəsəlik işi açılmamışdır. Bunun üçün də borc məbləği zaminlərdən tələb edilməlidir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehlərdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 1169,76 manat cərimənin azaldılaraq 300 manat müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqavilə üzrə Hünbətov Rasim Vəlixan oğlunun Banka olan 14332,52 manat əsas borcu, 284,27 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 14916,79 manat məbləğində borcunun və ödənilmiş 137,36 manat məbləğində dövlət rüsumunun cavabdehlər (zaminlər) Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 137,36 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Hünbətov Rasim Vəlixan oğlu arasında bağlanmış 03 mart 2023-cü il tarixli, İK-136152/23 saylı kredit müqaviləsinə əsasən cavabdehlər (zaminlər) Cavabdeh2, X1 və Cavabdeh3 14332,52 (on dörd min üç yüz otuz iki manat əlli iki qəpik) manat əsas, 284,27 (iki yüz səksən dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 14916,79 (on dörd min doqquz yüz on altı manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 137,36 (yetmiş bir yüz otuz yeddi manat otuz altı qəpik) manat müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar